CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeronda hava yağmursuz olacaq - Proqnoz

© Sputnik / Murad OrujovBuludlu hava, arxiv
Buludlu hava, arxiv - Sputnik Azərbaycan, 1920, 13.10.2023
Abunə olmaq
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq.
BAKI, 13 oktyabr — Sputnik. Oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu 16-19° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacağı gözlənilir. Səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu 17-22°, dağlarda 5-10° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0