Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Turistlər Azərbaycana daha çox hansı AİB ölkələrindən gəlirlər?

Abunə olmaq
Bu gün xarici turistlərin ən çox üz tutduğu istiqamətlər Bakı, Qəbələ, Şəki, Quba və Gəncədir.
BAKI, 12 oktyabr — Sputnik. Hər il Azərbaycana bir neçə milyon turist gəlir. Bura əsasən Müstəqil Dövlətlər Birliyi (MDB), Yaxın Şərq Fars körfəzi ölkələrinin vətəndaşları gəlir. Son aylar Avropa Birliyindən (AB) Azərbaycana gələn qonaqların sayı artmağa başlayıb.
Dövlət Turizm Agentliyinin məlumatına görə, əvvəlki illərdə olduğu kimi, Azərbaycana üz tutan turizm üzrə Rusiya liderdir. Həmçinin, Avrasiya İqtisadi Birliyinin (AİB) digər dövlətlərindən - Belarus, Qazaxıstan və Qırğızıstandan da çoxlu qonaqlar gəlir. Qırğızıstandan gələn turistlərin sayında kiçik artımı qeyd etmək də lazımdır. Cari il ərzində Azərbaycana bu ölkənin 600-dən bir qədər çox vətəndaşı səfər edib.
2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın hər yerindən ümumilikdə 1,4 milyona yaxın turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur. Xarici turistlər üçün ən populyar istiqamətlər Bakı, Qəbələ, Şəki, Quba və Gəncə olaraq qalır.
AİB ölkələrindən gələn turistlər haqqında daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0