https://sputnik.az/20231012/suriyada-turkiye-pua-ni-vuran-abs-teyyaresi-ordaniyadan-havaya-qalxib--menbe-459540517.html
Suriyada Türkiyə PUA-nı vuran ABŞ təyyarəsi İordaniyadan havaya qalxıb – mənbə
Suriyada Türkiyə PUA-nı vuran ABŞ təyyarəsi İordaniyadan havaya qalxıb – mənbə
Sputnik Azərbaycan
Oktyabrın əvvəlində Ankaranın mərkəzində Daxili İşlər Nazirliyinin binası yaxınlığında bir terrorçunun özünü partlatması ilə nəticələnən partlayışdan sonra... 12.10.2023, Sputnik Azərbaycan
2023-10-12T15:13+0400
2023-10-12T15:13+0400
2023-10-12T15:13+0400
pua
dünya xəbərləri
pkk
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/06/425400386_0:0:3291:1851_1920x0_80_0_0_cd628a5d739e8c7ee612a3d560d5350b.jpg
BAKI, 12 oktyabr — Sputnik. Suriyada türk pilotsuz təyyarəsini vuran ABş təyyarəsi İordaniyadan havaya qalxıb. Bunu Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbə RİA Novosti-yə bildirib. Bundan əvvəl KİV-də Türkiyəyə məxsus pilotsuz təyyarəni Suriyada vuran AB, təyyarəsinin ABŞ Hərbi Hava Qüvvələri və Türkiyə Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Türkiyədəki İncirlik hərbi hava bazasından havaya qalxması ilə bağlı iddialar yer almışdı. Oktyabrın əvvəlində Ankaranın mərkəzində Daxili İşlər Nazirliyinin binası yaxınlığında bir terrorçunun özünü partlatması, digərinin isə zərərsizləşdirilməsi ilə nəticələnən partlayışdan sonra Türkiyə təhlükəsizlik qüvvələri ölkə boyu "Qəhrəmanlar" antiterror əməliyyatını həyata keçirib. "A Haber" telekanalının verdiyi məlumata görə, terror aktına cəhdə görə məsuliyyəti Türkiyədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası (PKK) üzərinə götürüb. Bu hadisələrdən sonra Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında və Suriyada PKK yaraqlılarının hədəflərinə hava zərbələri endirdiyini bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl demişdi ki, ABŞ tərəfinin Suriyada türk pilotsuz təyyarəsini məhv etməsi Türkiyə ilə müttəfiqlik ruhuna uyğun gəlmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/06/425400386_449:0:3180:2048_1920x0_80_0_0_45066fda2d9326884c4d684ceee4274f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
pua, pkk
Suriyada Türkiyə PUA-nı vuran ABŞ təyyarəsi İordaniyadan havaya qalxıb – mənbə
Oktyabrın əvvəlində Ankaranın mərkəzində Daxili İşlər Nazirliyinin binası yaxınlığında bir terrorçunun özünü partlatması ilə nəticələnən partlayışdan sonra Türkiyə təhlükəsizlik qüvvələri ölkə boyu "Qəhrəmanlar" antiterror əməliyyatını həyata keçirib.
BAKI, 12 oktyabr — Sputnik. Suriyada türk pilotsuz təyyarəsini vuran ABş təyyarəsi İordaniyadan havaya qalxıb. Bunu Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbə RİA Novosti-yə bildirib.
Bundan əvvəl KİV-də Türkiyəyə məxsus pilotsuz təyyarəni Suriyada vuran AB, təyyarəsinin ABŞ Hərbi Hava Qüvvələri və Türkiyə Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Türkiyədəki İncirlik hərbi hava bazasından havaya qalxması ilə bağlı iddialar yer almışdı.
"Bu, təyyarənin İncirlikdən havaya qalxması ilə bağlı sırf fərziyyədir, belə bir şey yoxdur. Bizdə olan məlumata görə, təyyarə İordaniyadan havaya qalxıb", - agentliyin həmsöhbəti bildirib.
Oktyabrın əvvəlində Ankaranın mərkəzində Daxili İşlər Nazirliyinin binası yaxınlığında bir terrorçunun özünü partlatması, digərinin isə zərərsizləşdirilməsi ilə nəticələnən partlayışdan sonra Türkiyə təhlükəsizlik qüvvələri ölkə boyu "Qəhrəmanlar" antiterror əməliyyatını həyata keçirib. "A Haber" telekanalının verdiyi məlumata görə, terror aktına cəhdə görə məsuliyyəti Türkiyədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası (PKK) üzərinə götürüb. Bu hadisələrdən sonra Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında və Suriyada PKK yaraqlılarının hədəflərinə hava zərbələri endirdiyini bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl demişdi ki, ABŞ tərəfinin Suriyada türk pilotsuz təyyarəsini məhv etməsi Türkiyə ilə müttəfiqlik ruhuna uyğun gəlmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.