Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"OPEC+"un əsas vəzifəsi neftin qiymətini müəyyən etmək deyil - Novak

© AP Photo / Lisa LeutnerOPEC
OPEC - Sputnik Azərbaycan, 1920, 12.10.2023
Abunə olmaq
Rusiya baş nazirinin müavini bildirib ki, onlar adətən konkret rəqəmlər haqqında danışmırlar, çünki bu, səmərəsiz bir işdir.
BAKI, 12 oktyabr — Sputnik. Neftin qiymətini proqnozlaşdırmaq səmərəsiz bir işdir, bazar özü qiymətləri müəyyənləşdirir və OPEC+-nın əsas vəzifəsi tələb və təklifi balanslaşdırmaqdır. Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak "Rossiya 24" telekanalına müsahibəsində deyib.

"Biz adətən konkret rəqəmlər haqqında danışmırıq, çünki bu, səmərəsiz bir işdir. Belə bir anlayış var ki, bizim vəzifəmiz konkret rəqəmlər təyin etmək deyil, tarazlıq yaratmaq və bazarın necə inkişaf edəcəyini uzun müddətli anlamaqdır", - Novak bildirib.

"Qiymətləri bazar özü müəyyən edəcək və biz ümid edirik ki, əsas məqsəd – bazarın stabil işləməsi digər məsələlərlə yanaşı, birgə fəaliyyətimizlə təmin olunacaq", - o əlavə edib.
Oktyabrın 11-dən 13-dək Moskvada Rusiya Enerji Həftəsi keçirilir. RİA Novosti forumun informasiya tərəfdaşı kimi çıxış edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0