https://sputnik.az/20231012/milli-xalca-muzeyinde-naxislarda-motivlerin-gozelliyi-sergisi-acilib---foto-459532288.html
Milli Xalça Muzeyində "Naxışlarda motivlərin gözəlliyi" sərgisi açılıb - FOTO
Milli Xalça Muzeyində "Naxışlarda motivlərin gözəlliyi" sərgisi açılıb - FOTO
Sputnik Azərbaycan
Ötən gündən etibarən başlayan "Naxışlarda motivlərin gözəlliyi" sərgisi oktyabrın 18-dək davam edəcək. Sərgidə Qazaxıstan Respublikasının Mərkəzi Dövlət... 12.10.2023, Sputnik Azərbaycan
2023-10-12T20:01+0400
2023-10-12T20:01+0400
2023-10-12T20:01+0400
xalça
mədəniyyət
muzey
sərgi
https://cdnn1.img.sputnik.az/img/40724/85/407248564_0:0:2000:1125_1920x0_80_0_0_ec0c1facb972a1fb118d08f740638767.jpg
BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan Milli Xalça Muzeyində Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin "Naxışlarda motivlərin gözəlliyi" sərgisi açılıb. "Türk dünyasının simvolu – xalça" mövzusunda II Türk Dünyası Muzeyləri Görüşü çərçivəsində keçirilən sərgidə Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin etnoqrafik kolleksiyasından 40-dan artıq eksponat nümayiş olunur.Bunlara qazax xalqının zəngin mədəniyyətini, dünyagörüşünü, yaşadıqları köçəri həyat tərzinin minilliklər boyu formalaşdırdığı özünəməxsus ənənələri əks etdirən xovlu və xovsuz xalçalar, xalça və keçə məmulatları, geyim və zərgərlik nümunələri, toxuculuq alətləri, məişət əşyaları, atın bəzədilməsi üçün ləvazimatlar və s. aiddir. Bədii və tarixi baxımdan yüksək dəyərə malik, fakturası, gözəlliyi, ornamentlərinin zənginliyi ilə fərqlənən kiçik ölçülü "kilem" – ənənəvi qazax xalçaları və xalça məmulatları sərgidə xüsusi yer tutacaq. Sərgidə qazax mədəniyyətinin özünəməxsusluğunu əks etdirən, estetik baxımdan zövqlə işlənən, interyerə xüsusi ahəngdarlıq verən eksponatlar alaçıqda olduğu kimi yerləşdirilicək. Bununla da ekspozisiyanı ziyarət edənlər qonaqlar qazax xalqına məxsus ənənəvi yaşayış yeri olan alaçığın ab-havasını duyacaqlar. Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin təşkilatçılığı, TÜRKSOY-un dəstəyi ilə baş tutacaq. "Naxışlarda motivlərin gözəlliyi" sərgisi oktyabrın 18-dək davam edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40724/85/407248564_293:0:2000:1280_1920x0_80_0_0_07dc7ef27282fa9c180536e47b5ef6da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xalça, muzey, sərgi
Milli Xalça Muzeyində "Naxışlarda motivlərin gözəlliyi" sərgisi açılıb - FOTO
Ötən gündən etibarən başlayan "Naxışlarda motivlərin gözəlliyi" sərgisi oktyabrın 18-dək davam edəcək. Sərgidə Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin etnoqrafik kolleksiyasından 40-dan artıq eksponat nümayiş olunur
BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan Milli Xalça Muzeyində Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin "Naxışlarda motivlərin gözəlliyi" sərgisi açılıb. "Türk dünyasının simvolu – xalça" mövzusunda II Türk Dünyası Muzeyləri Görüşü çərçivəsində keçirilən sərgidə Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin etnoqrafik kolleksiyasından 40-dan artıq eksponat nümayiş olunur.
Bunlara qazax xalqının zəngin mədəniyyətini, dünyagörüşünü, yaşadıqları köçəri həyat tərzinin minilliklər boyu formalaşdırdığı özünəməxsus ənənələri əks etdirən xovlu və xovsuz xalçalar, xalça və keçə məmulatları, geyim və zərgərlik nümunələri, toxuculuq alətləri, məişət əşyaları, atın bəzədilməsi üçün ləvazimatlar və s. aiddir.
Bədii və tarixi baxımdan yüksək dəyərə malik, fakturası, gözəlliyi, ornamentlərinin zənginliyi ilə fərqlənən kiçik ölçülü "kilem" – ənənəvi qazax xalçaları və xalça məmulatları sərgidə xüsusi yer tutacaq.
Sərgidə qazax mədəniyyətinin özünəməxsusluğunu əks etdirən, estetik baxımdan zövqlə işlənən, interyerə xüsusi ahəngdarlıq verən eksponatlar alaçıqda olduğu kimi yerləşdirilicək. Bununla da ekspozisiyanı ziyarət edənlər qonaqlar qazax xalqına məxsus ənənəvi yaşayış yeri olan alaçığın ab-havasını duyacaqlar.
Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin təşkilatçılığı, TÜRKSOY-un dəstəyi ilə baş tutacaq.
"Naxışlarda motivlərin gözəlliyi" sərgisi oktyabrın 18-dək davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.