https://sputnik.az/20231012/her-kes-lham-eliyevin-yeni-tarix-yazmasinin-ferqindedir---deputat-459540887.html
Hər kəs İlham Əliyevin yeni tarix yazmasının fərqindədir - Deputat
Hər kəs İlham Əliyevin yeni tarix yazmasının fərqindədir - Deputat
Sputnik Azərbaycan
Milli Məclisin iclasında deputat Tural Gəncəliyev deyib ki, Qarabağın işğaldan azad edilməsi, Azərbaycanın suverenliyinin tam bərpa olunması Prezident İlham... 12.10.2023, Sputnik Azərbaycan
2023-10-12T14:49+0400
2023-10-12T14:49+0400
2023-10-12T15:05+0400
əli hüseynli
azərbaycan xəbərləri
deputat
millət vəkili
prezident ilham əliyev
zahid oruc
https://cdnn1.img.sputnik.az/img/41436/10/414361093_0:0:2000:1125_1920x0_80_0_0_a0ad5110064f4a4c869d1e83904d873a.jpg
BAKI, 12 oktyabr-Sputnik. "Bir sıra dövlətlərdə konstitusion idarəetmə quruluşunu dəyişməklə hakimiyyətdə qalanlardan fərqli olaraq İlham Əliyev yalnız ümumxalq seçkilərində xalqın səsini qazanaraq dəfələrlə qalib gələn dövlət başçısıdır". Bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli parlamentin oktyabrın 12-də keçirilən xüsusi iclasında çıxışı zamanı deyib. O bildirib ki, əslində İlham Əliyevin uğur tarixi daha dərindir:"İlham Əliyev hələ ilk prezident seçkilərindən sonra radikal müxalifətin dövlət çevrilişi cəhdini, hakimiyyətdəki bəzi avanturistlərin hərəkətlərin qarşısını da eyni qətiyyətlə almışdı. Hər kəs Qarabağın azad edilməsi ilə İlham Əliyevin yeni tarix yazmasının fərqindədir". "Bölgəmizin sabahı İlham Əliyevin gələcək 20 illik siyasi kursundan asılıdır" Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edərək deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi təkcə ötən 20 ilin deyil, daha çox gələcəyin - 2044-cü ilədək ölkəmizin aydın üfüqlərini yaradır. Nəinki ölkəmizin, eləcə də bölgəmizin sabahı İlham Əliyevin gələcək 20 illik siyasi kursundan asılıdır. Onun sözlərinə görə, tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda Azərbaycan əsas söz sahibidir:"Liderimiz üçün milli maraqlar hər şeydən üstündür” Milli Məclisin deputatı Tural Gəncəliyev deyib ki, Qarabağın işğaldan azad edilməsi, Azərbaycanın suverenliyinin tam bərpa olunması Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövrünün zirvə nöqtəsidir. Müstəqilliyimizin tarixində önəmli günlərin yaşandığını diqqətə çatdıran deputat Azərbaycanın qazanılan uğurlara məhz güclü Lider Prezident İlham Əliyevin siyasəti nəticəsində nail olduğunu vurğulayıb. "Bu xidmətinə görə İlham Əliyev ayrıca mükafata layiqdir" Deputat Razi Nurullayev deyib ki, bilirsiniz İlham Əliyevin ən böyük xidmətlərindən biri nədir? Dünyada baş qaldıran və günü-gündən daha da ruhlanan erməni separatizmini dayandırmaq. Erməni diasporunu zəiflətdi və onun liderlərindən biri olan Ruben Vardanyanı zərərsizləşdirdi, mənəvi cəhətdən sındırdı. Yoxsa, erməni separatizmi Türkiyədə, Gürcüstanda və Rusiyada da başlayacaqdı. Məhz bu xidmətinə görə də İlham Əliyev ayrıca mükafata layiqdir. O bildirib ki, xərçəng kimi yayılan "dənizdən-dənizə" erməni ideologiyası "dağ çayından su kanalına" səviyyəsinə enib. Deputat Elşən Musayev çıxış edərək deyib ki, biz bu gün burada qələbəmizdən danışırıq, 100 metr yaxınlıqda Şəhidlər xiyabanında bizim müqəddəslərimiz rahat uyuyur, 150 metr o yanda həmin şəhidlərin qatilləri DTX-nin binasında ifadə verirlər. Bəlkə də həmin şəhidlərin məzarlarına pəncərədən baxa-baxa ifadə verirlər. Bu, reallıqdır və onu Prezident İlham Əliyev öz zəkası, cəsarəti ilə yaradıb. Qeyd edək ki, Milli Məclisin bugünkü xüsusi iclasının gündəliyinə 1 məsələ - İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı daxil edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41436/10/414361093_269:0:1769:1125_1920x0_80_0_0_25c8378c543f3a9101a056af3dd1ea7b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
əli hüseynli, deputat, millət vəkili, prezident ilham əliyev, zahid oruc
əli hüseynli, deputat, millət vəkili, prezident ilham əliyev, zahid oruc
Hər kəs İlham Əliyevin yeni tarix yazmasının fərqindədir - Deputat
14:49 12.10.2023 (Yenilənib: 15:05 12.10.2023) Milli Məclisin iclasında deputat Tural Gəncəliyev deyib ki, Qarabağın işğaldan azad edilməsi, Azərbaycanın suverenliyinin tam bərpa olunması Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövrünün zirvə nöqtəsidir.
BAKI, 12 oktyabr-Sputnik. "Bir sıra dövlətlərdə konstitusion idarəetmə quruluşunu dəyişməklə hakimiyyətdə qalanlardan fərqli olaraq İlham Əliyev yalnız ümumxalq seçkilərində xalqın səsini qazanaraq dəfələrlə qalib gələn dövlət başçısıdır".
Bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli parlamentin oktyabrın 12-də keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.
O bildirib ki, əslində İlham Əliyevin uğur tarixi daha dərindir:
"İlham Əliyev hələ ilk prezident seçkilərindən sonra radikal müxalifətin dövlət çevrilişi cəhdini, hakimiyyətdəki bəzi avanturistlərin hərəkətlərin qarşısını da eyni qətiyyətlə almışdı. Hər kəs Qarabağın azad edilməsi ilə İlham Əliyevin yeni tarix yazmasının fərqindədir".
"İlham Əliyev tarixi həqiqətləri söyləməklə cəmiyyətdəki populist illuziyalara son qoydu. Tarixi həqiqətlər bəziləri üçün acı olsa da, gələcək nəsillərə həmin səhvlərə yol verməmələri üçün tövsiyələrdir. İlham Əliyevin təcrübəsini öyrənənlər çoxdur, lakin onu tədbiq edə biləcəkləri böyük sual altındadır. Çünki regionda məxməri inqilabların yetişdirdiyi başçılardan fərqli olaraq ancaq özü müstəqil olan İlham Əliyev kimi lider müstəqil qərarlar qəbul edən Ali Baş Komandandır. Regionda müharibəni, antiterror tədbirlərini və sülhü birləşdirib birgə həyata keçirən yeganə şəxsiyyət yalnız İlham Əliyevdir. İndi də bölgədə İlham Əliyevin sözü olmadan heç bir qərar qəbul edilə bilməz. Bu gün məhz ulu öndər Heydər Əliyev siyasəti Qafqazda sülhü təmin edəcək", - deyə Ə. Hüseynli əlavə edib.
"Bölgəmizin sabahı İlham Əliyevin gələcək 20 illik siyasi kursundan asılıdır"
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edərək deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi təkcə ötən 20 ilin deyil, daha çox gələcəyin - 2044-cü ilədək ölkəmizin aydın üfüqlərini yaradır. Nəinki ölkəmizin, eləcə də bölgəmizin sabahı İlham Əliyevin gələcək 20 illik siyasi kursundan asılıdır.
Onun sözlərinə görə, tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda Azərbaycan əsas söz sahibidir:
"Heydər Əliyevin yubileyində qazandığımız qurtuluş və xilaskarlıq Türkiyə Cümhuriyyətinin 100 ili ilə eyni siyasi mənanı daşıyır və “Azərbaycanın möhtəşəm 100 ili” adlana bilər. Əsrlərdir bölgəmizə fəlakət gətirən “parçala və hökm sür” siyasəti Əliyevin “birləşdir və firavan et” kursu ilə əvəz olunur. Bəli, qalib dövlətin ordusu qədər, sülh siyasəti də güclü olmalıdır. Qafqaz xalqlarında nəsildən-nəslə ötürülən düşmənçilik mirasını durdurmaq da hərbi zəfər qədər əhəmiyyətlidir".
"Liderimiz üçün milli maraqlar hər şeydən üstündür”
Milli Məclisin deputatı Tural Gəncəliyev deyib ki, Qarabağın işğaldan azad edilməsi, Azərbaycanın suverenliyinin tam bərpa olunması Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövrünün zirvə nöqtəsidir.
Müstəqilliyimizin tarixində önəmli günlərin yaşandığını diqqətə çatdıran deputat Azərbaycanın qazanılan uğurlara məhz güclü Lider Prezident İlham Əliyevin siyasəti nəticəsində nail olduğunu vurğulayıb.
“Azərbaycan Liderinin əməyi nəticəsində ölkəmiz həm regionda, həm də dünya miqyasında aparıcı oyunçuya çevrilib. Çünki Liderimiz üçün milli maraqlar hər şeydən üstündür”, - deyə Tural Gəncəliyev bildirib.
"Bu xidmətinə görə İlham Əliyev ayrıca mükafata layiqdir"
Deputat Razi Nurullayev deyib ki, bilirsiniz İlham Əliyevin ən böyük xidmətlərindən biri nədir? Dünyada baş qaldıran və günü-gündən daha da ruhlanan erməni separatizmini dayandırmaq. Erməni diasporunu zəiflətdi və onun liderlərindən biri olan Ruben Vardanyanı zərərsizləşdirdi, mənəvi cəhətdən sındırdı. Yoxsa, erməni separatizmi Türkiyədə, Gürcüstanda və Rusiyada da başlayacaqdı. Məhz bu xidmətinə görə də İlham Əliyev ayrıca mükafata layiqdir.
O bildirib ki, xərçəng kimi yayılan "dənizdən-dənizə" erməni ideologiyası "dağ çayından su kanalına" səviyyəsinə enib.
Deputat Elşən Musayev çıxış edərək deyib ki, biz bu gün burada qələbəmizdən danışırıq, 100 metr yaxınlıqda Şəhidlər xiyabanında bizim müqəddəslərimiz rahat uyuyur, 150 metr o yanda həmin şəhidlərin qatilləri DTX-nin binasında ifadə verirlər. Bəlkə də həmin şəhidlərin məzarlarına pəncərədən baxa-baxa ifadə verirlər. Bu, reallıqdır və onu Prezident İlham Əliyev öz zəkası, cəsarəti ilə yaradıb.
Qeyd edək ki, Milli Məclisin bugünkü xüsusi iclasının gündəliyinə 1 məsələ - İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı daxil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.