DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanda yük qatarı relsdən çıxıb

© AFP 2023 / SAKIS MITROLIDISYunanıstanda sərnişin qatarı ilə yük qatarının toqquşması
Yunanıstanda sərnişin qatarı ilə yük qatarının toqquşması - Sputnik Azərbaycan, 1920, 12.10.2023
Abunə olmaq
Otuz altı vaqondan ibarət qatar sement istehsalı üçün xammal aparıb. Hadisə zamanı qatar və dəmir yolu relsləri zədələnib.
BAKI, 12 oktyabr — Sputnik. Ermənistanda gecə saatlarında yük qatarı relsdən çıxıb. Bu barədə "Cənubi Qafqaz Dəmir Yolları" QSC məlumat yayıb.
Otuz altı vaqondan ibarət qatar sement istehsalı üçün xammal aparıb. Hadisə zamanı qatar və dəmir yolu relsləri zədələnib.
Təcili bərpa işlərinin iki gün ərzində başa çatdırılması planlaşdırılır.
İrəvan yaxınlığındakı Dalarik-Karakert dəmir yolu hissəsi ilə nəqliyyatın hərəkəti dayandırılıb, Gümrü və Tbilisi istiqamətində hərəkət ləğv edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0