https://sputnik.az/20231012/dovlet-xidmeti-cagiriscilarin-bolgusunde-seffafliq-ucun-kompleks-tedbirler-gorulur-459532156.html
Dövlət Xidməti: Çağırışçıların bölgüsündə şəffaflıq üçün kompleks tədbirlər görülür
Dövlət Xidməti: Çağırışçıların bölgüsündə şəffaflıq üçün kompleks tədbirlər görülür
Sputnik Azərbaycan
SHXÇDX tərəfindən Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsinin uğurla davam etdirildiyi diqqətə... 12.10.2023, Sputnik Azərbaycan
2023-10-12T23:54+0400
2023-10-12T23:54+0400
2023-10-12T23:54+0400
cəmiyyət
səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti
çağırışçı
silahlı qüvvələr
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1d/426567611_0:0:3080:1733_1920x0_80_0_0_a585723a304e0bd14f9682a5c0af3fd8.jpg
BAKI, 12 oktyabr — Sputnik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.SHXÇDX-dən verilən məlumata görə, Xidmət rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilmiş iclasda komissiyanın üzvləri olan mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri iştirak ediblər.İclasda Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Sərəncamının icra vəziyyəti və gündəliyə çıxarılan məsələlər müzakirə olunub. SHXÇDX tərəfindən Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsinin uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Çağırışçıların Silahlı Qüvvələr üzrə bölgüsü prosesində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirildiyi vurğulanıb. İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1d/426567611_349:0:3080:2048_1920x0_80_0_0_185895d6cb355227b79be82831b6b5dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, çağırışçı, silahlı qüvvələr
səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, çağırışçı, silahlı qüvvələr
Dövlət Xidməti: Çağırışçıların bölgüsündə şəffaflıq üçün kompleks tədbirlər görülür
SHXÇDX tərəfindən Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsinin uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
BAKI, 12 oktyabr — Sputnik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.
SHXÇDX-dən verilən məlumata görə, Xidmət rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilmiş iclasda komissiyanın üzvləri olan mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri iştirak ediblər.
İclasda Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Sərəncamının icra vəziyyəti və gündəliyə çıxarılan məsələlər müzakirə olunub.
SHXÇDX tərəfindən Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsinin uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Çağırışçıların Silahlı Qüvvələr üzrə bölgüsü prosesində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirildiyi vurğulanıb.
İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.