https://sputnik.az/20231012/dehsetli-zorakiliqlar-toretmis-sexslerin-azad-edilmesi-edaletsizlik-olar---emirbeyov-459558044.html
Biz Ermənistanla danışıqları bərpa etmək istəyirik və bu sözümüzün üstündəyik - Əmirbəyov
Biz Ermənistanla danışıqları bərpa etmək istəyirik və bu sözümüzün üstündəyik - Əmirbəyov
Sputnik Azərbaycan
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi son vaxtlar Fransanın Azərbaycanla bağlı mövqeyi, regiondakı vəziyyət, cinayətkar... 12.10.2023, Sputnik Azərbaycan
2023-10-12T19:37+0400
2023-10-12T19:37+0400
2023-10-12T20:17+0400
azərbaycan xəbərləri
elçin əmirbəyov
terror
mülki əhali
fransa
məhkəmə
https://cdnn1.img.sputnik.az/img/07e7/03/15/452923086_0:0:924:520_1920x0_80_0_0_f0a8e73232251ff7ed71a32ef64258af.jpg
BAKI, 12 oktyabr - Sputnik. "Fransanın Ermənistanla Azərbaycan arasında asanlaşdırıcı rol oynamaq ambisiyası var. Amma, eyni zamanda, biz mütəmadi olaraq Fransadan Azərbaycana qarşı və Ermənistanın xeyrinə hər cür ittihamlar eşidirik. Onlar bizi ermənilərin Qarabağı zorla tərk etməsində, bizi “cinayətdə” ittiham edirlər". Azərtac xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Radio France”a müsahibəsində danışıb.Onun sözlərinə görə, 1997-ci ildən bəri Fransa Minsk qrupunun üç həmsədrindən biri (redaktorun qeydi: münaqişənin siyasi həllinə cavabdehdir) kimi vasitəçilik rolunu oynayıb.Daha sonra Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, hər şeydən əvvəl, bu, bəyanatlardan kənara çıxan amillərdir."Belə bir qərar var ki, Azərbaycana qarşı olan Ermənistana müharibə materiallarının verilməsi ciddi şəkildə nəzərdən keçirilsin. Ona görə də hazırda Fransanın “vasitəçi” və ya “asanlaşdırıcı” kimi etibarlılığı demək olar yoxdur. Bu qərar bizi olduqca təhlükəli vəziyyətə sala bilər. Biz bunu Fransanın Ermənistanı silaha sarılmaqla ölkəmizə yenidən hücuma təhrik etməsi kimi şərh edə bilərik. Biz ərazimizin 20 faizinin qanunsuz işğalına yenicə son qoymuşuq. (redaktorun qeydi: Bu ərazidəki qondarma “respublika” heç vaxt beynəlxalq səviyyədə tanınmayıb və Dağlıq Qarabağ həmişə hüquqi baxımdan Azərbaycana məxsus olub). Biz bu regionda yeni faciələr, yeni müharibə istəmirik. Biz sülh müqaviləsi layihəsinə nail olmaq üçün Ermənistanla danışıqları həqiqətən də bərpa etmək istəyirik və bu sözümüzün üstündəyik. Əgər Ermənistan da iki ölkə arasında sülhün və sabitliyin bərqərar olması üçün bu səylərimizə qoşularsa, biz üzərimizə düşən işi görməyə tam hazırıq. Həmçinin deməliyəm ki, biz Avropa İttifaqının rolunu yüksək qiymətləndiririk. Şarl Mişel Avropa İttifaqı Şurasının Prezidenti kimi danışıqların bərpasına kömək etmək üçün yaxşı iş görüb. Azərbaycan bu gün məhz bu çərçivədə, Avropa İttifaqı ilə üçtərəfli formatda yenidən həll prosesi ilə məşğul olmağa hazırdır".Daha sonra E. Əmirbəyov bildirib ki, sülh müqaviləsində biz ölkələrimizin hər birinin ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətlə bağlı öhdəliyimizi bir daha təsdiq olunacaq. E.Əmirbəyov geri qayıtmaq istəyən ermənilərin təhlükəsiz yaşayacaqlarına əmin ola bilmələri üçün təminatlar və şərtlər barədə suala da cavab verib:"Antiterror tədbirləri başa çatdıqdan bir gün sonra biz Azərbaycanın mərkəzi hakimiyyəti ilə oradakı erməni icmasının nümayəndələri arasında dialoqa başladıq. On gün ərzində üç görüş keçirdik. Həyatlarının müxtəlif sahələrində, o cümlədən hər cür sosial, iqtisadi, siyasi, humanitar, dil və dini hüquqlarla bağlı onların gələcəyinə dair baxışlarımızı təqdim etməyə çalışdıq. Bu, açıq şəkildə göstərir ki, Azərbaycan hökumətinin bu insanları hüquqlarından məhrum etmək istəyi yoxdur. Lakin azərbaycanlılarla birgə və dinc yanaşı yaşamaq üçün onlar hakimiyyətin Azərbaycana məxsus olduğunu bilməlidirlər. Onlar ölkəmizin suverenliyini tanımalıdırlar. Artıq bəziləri Azərbaycan vətəndaşı olmaq istəklərini bildiriblər. Düzdür, bu çaxnaşma və stress mühitində ölkəni və ya evini tərk edəndə bir həftədən sonra geri qayıtmağı seçmək asan deyil. Ona görə bəlkə də bir az gözləmək lazımdır ki, bu insanlar Azərbaycanı tərk etmək qərarına yenidən baxsınlar. Onlar geri qayıtmaq istədiklərini bildirdikdə, biz onlarla həqiqətən əlaqə qura bilərik".Sülh danışıqlarında Dağlıq Qarabağın həbsdə olan liderlərinin taleyi ilə bağlı sualaın cavabında Prezidentin köməkçisi bildirib ki, silahlarını təhvil verən separatçılara amnistiya elan edilib.Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Ruben Vardanyan barədə də fikirlərini bölüşüb:"O, terrorizmin maliyyələşdirilməsi ilə məşğul olub. O, Azərbaycanda dinc əhaliyə qarşı terror törədən qrupların yaradılmasını maliyyələşdirib. Bu gün istintaq təcridxanasında olan insanlar bu münaqişənin ən böyük qırğınlarına görə məsuliyyət daşıyırlar. Bir gecədə 613 dinc azərbaycanlı, o cümlədən uşaqlar, hamilə qadınlar, qocalar azərbaycanlı olduqları üçün qətlə yetirilib. Bu, soyqırımı aktıdır. Düşünürəm ki, bu sözü işlədərkən diqqətli olmalıyıq. Amma sırf düşmən hesab etdiyiniz etnik qrupa mənsub olduğu üçün bir əhalini hədəf seçsəniz, bu, soyqırımı aktıdır. Ona görə də bu tarixə göz yuma bilmərik. Bunlar otuz il bundan əvvəl törədilmiş dözülməz, qəbuledilməz sui-istifadə faktlarıdır", - deyə Əmirbəyov fikrini tamamlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/15/452923086_0:0:840:630_1920x0_80_0_0_4f3d671ead80f83ffbc971dad152a562.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
elçin əmirbəyov, terror, mülki əhali, fransa, məhkəmə
elçin əmirbəyov, terror, mülki əhali, fransa, məhkəmə
Biz Ermənistanla danışıqları bərpa etmək istəyirik və bu sözümüzün üstündəyik - Əmirbəyov
19:37 12.10.2023 (Yenilənib: 20:17 12.10.2023) Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi son vaxtlar Fransanın Azərbaycanla bağlı mövqeyi, regiondakı vəziyyət, cinayətkar xunta rejiminin Azərbaycan tərəfindən saxlanılan üzvləri ilə bağlı “Radio France”ın suallarını cavablandırıb.
BAKI, 12 oktyabr - Sputnik. "Fransanın Ermənistanla Azərbaycan arasında asanlaşdırıcı rol oynamaq ambisiyası var. Amma, eyni zamanda, biz mütəmadi olaraq Fransadan Azərbaycana qarşı və Ermənistanın xeyrinə hər cür ittihamlar eşidirik. Onlar bizi ermənilərin Qarabağı zorla tərk etməsində, bizi “cinayətdə” ittiham edirlər". Azərtac xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Radio France”a müsahibəsində danışıb.
Onun sözlərinə görə, 1997-ci ildən bəri Fransa Minsk qrupunun üç həmsədrindən biri (redaktorun qeydi: münaqişənin siyasi həllinə cavabdehdir) kimi vasitəçilik rolunu oynayıb.
"Fransa həmişə Azərbaycanla Ermənistan arasında kifayət qədər balanslı münasibət saxlamağa çalışıb - əvvəlcə Prezident Jak Şirakla, sonra prezidentlər Nikola Sarkozi və Fransua Ollandla. Lakin əfsuslar olsun ki, son illərdə biz bu balansın pozulduğunu gördük", - deyə Əmirbəyov bildirib.
Daha sonra Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, hər şeydən əvvəl, bu, bəyanatlardan kənara çıxan amillərdir.
"Belə bir qərar var ki, Azərbaycana qarşı olan Ermənistana müharibə materiallarının verilməsi ciddi şəkildə nəzərdən keçirilsin. Ona görə də hazırda Fransanın “vasitəçi” və ya “asanlaşdırıcı” kimi etibarlılığı demək olar yoxdur. Bu qərar bizi olduqca təhlükəli vəziyyətə sala bilər. Biz bunu Fransanın Ermənistanı silaha sarılmaqla ölkəmizə yenidən hücuma təhrik etməsi kimi şərh edə bilərik. Biz ərazimizin 20 faizinin qanunsuz işğalına yenicə son qoymuşuq. (redaktorun qeydi: Bu ərazidəki qondarma “respublika” heç vaxt beynəlxalq səviyyədə tanınmayıb və Dağlıq Qarabağ həmişə hüquqi baxımdan Azərbaycana məxsus olub). Biz bu regionda yeni faciələr, yeni müharibə istəmirik. Biz sülh müqaviləsi layihəsinə nail olmaq üçün Ermənistanla danışıqları həqiqətən də bərpa etmək istəyirik və bu sözümüzün üstündəyik. Əgər Ermənistan da iki ölkə arasında sülhün və sabitliyin bərqərar olması üçün bu səylərimizə qoşularsa, biz üzərimizə düşən işi görməyə tam hazırıq. Həmçinin deməliyəm ki, biz Avropa İttifaqının rolunu yüksək qiymətləndiririk. Şarl Mişel Avropa İttifaqı Şurasının Prezidenti kimi danışıqların bərpasına kömək etmək üçün yaxşı iş görüb. Azərbaycan bu gün məhz bu çərçivədə, Avropa İttifaqı ilə üçtərəfli formatda yenidən həll prosesi ilə məşğul olmağa hazırdır".
Daha sonra E. Əmirbəyov bildirib ki, sülh müqaviləsində biz ölkələrimizin hər birinin ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətlə bağlı öhdəliyimizi bir daha təsdiq olunacaq.
"Biz demək olar ki, 30 ildir davam edən bu düşmənçiliyə son qoyacağıq. Azərbaycanın öz ərazisinə qarşı müharibə edəcəyi ilə bağlı Ermənistanın iddiaları isə tamamilə əsassızdır. Biz Ermənistanın, eləcə də dünyanın bütün digər ölkələrinin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Azərbaycan da, həmçinin uzun illər ərzində öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkib. Hər halda, Azərbaycanın yeni müharibəyə başlamaq niyyəti yoxdur. Təbii ki, Ermənistan bizə hücum etsə, biz sakit oturmayacağıq. Amma mən inanmıram ki, bu, Ermənistanın marağında olsun. Hesab edirəm ki, bizə, sadəcə olaraq, danışıqlar yoluna qayıtmaq və Avropa İttifaqının sülh prosesini irəli aparmaq istəyindən yararlanmaq, sərhədlərin delimitasiyası, kommunikasiya xətləri haqqında danışmaq lazımdır. Biz buna diqqət yetirməliyik. Azərbaycanla danışıqlara hazır olduğunu bildirən, eyni zamanda, bütün cəbhələrdə diplomatik müharibə aparan Ermənistan kimi ikili oyun oynamaq lazım deyil", - deyə Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib.
E.Əmirbəyov geri qayıtmaq istəyən ermənilərin təhlükəsiz yaşayacaqlarına əmin ola bilmələri üçün təminatlar və şərtlər barədə suala da cavab verib:
"Antiterror tədbirləri başa çatdıqdan bir gün sonra biz Azərbaycanın mərkəzi hakimiyyəti ilə oradakı erməni icmasının nümayəndələri arasında dialoqa başladıq. On gün ərzində üç görüş keçirdik. Həyatlarının müxtəlif sahələrində, o cümlədən hər cür sosial, iqtisadi, siyasi, humanitar, dil və dini hüquqlarla bağlı onların gələcəyinə dair baxışlarımızı təqdim etməyə çalışdıq. Bu, açıq şəkildə göstərir ki, Azərbaycan hökumətinin bu insanları hüquqlarından məhrum etmək istəyi yoxdur. Lakin azərbaycanlılarla birgə və dinc yanaşı yaşamaq üçün onlar hakimiyyətin Azərbaycana məxsus olduğunu bilməlidirlər. Onlar ölkəmizin suverenliyini tanımalıdırlar. Artıq bəziləri Azərbaycan vətəndaşı olmaq istəklərini bildiriblər. Düzdür, bu çaxnaşma və stress mühitində ölkəni və ya evini tərk edəndə bir həftədən sonra geri qayıtmağı seçmək asan deyil. Ona görə bəlkə də bir az gözləmək lazımdır ki, bu insanlar Azərbaycanı tərk etmək qərarına yenidən baxsınlar. Onlar geri qayıtmaq istədiklərini bildirdikdə, biz onlarla həqiqətən əlaqə qura bilərik".
Sülh danışıqlarında Dağlıq Qarabağın həbsdə olan liderlərinin taleyi ilə bağlı sualaın cavabında Prezidentin köməkçisi bildirib ki, silahlarını təhvil verən separatçılara amnistiya elan edilib.
"Onların Laçın yolu ilə ərazimizi tərk etmək azadlığı var idi. Amma həbs olunanlara gəlincə, söhbət Azərbaycanın mülki əhalisinə qarşı törədilən dəhşətli zorakılıqlarda iştirakı sübuta yetirilən kiçik bir qrup şəxsdən gedir. Bizdə sübut var. Məhkəmə bunu nümayiş etdirəcək. Bu hərbi cinayətlər üçün heç bir müddət yoxdur və yalnız bu cür insanlar həbs olunur. Onların məhkəməsi zəruridir. Onların azad edilməsi ilə yaxınlarını itirmiş insanlara münasibətdə ədalətli ola biləcəyimizi düşünmürəm. Biz onları sırf xoş niyyət jesti kimi azad edə bilmərik. Çünki hesab edirəm ki, bu münaqişənin bu qədər uzun sürməsinin səbəblərindən biri də cəzasızlıqdır", - deyə E.Əmirbəyov vurğulayıb.
Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Ruben Vardanyan barədə də fikirlərini bölüşüb:
"O, terrorizmin maliyyələşdirilməsi ilə məşğul olub. O, Azərbaycanda dinc əhaliyə qarşı terror törədən qrupların yaradılmasını maliyyələşdirib. Bu gün istintaq təcridxanasında olan insanlar bu münaqişənin ən böyük qırğınlarına görə məsuliyyət daşıyırlar. Bir gecədə 613 dinc azərbaycanlı, o cümlədən uşaqlar, hamilə qadınlar, qocalar azərbaycanlı olduqları üçün qətlə yetirilib. Bu, soyqırımı aktıdır. Düşünürəm ki, bu sözü işlədərkən diqqətli olmalıyıq. Amma sırf düşmən hesab etdiyiniz etnik qrupa mənsub olduğu üçün bir əhalini hədəf seçsəniz, bu, soyqırımı aktıdır. Ona görə də bu tarixə göz yuma bilmərik. Bunlar otuz il bundan əvvəl törədilmiş dözülməz, qəbuledilməz sui-istifadə faktlarıdır", - deyə Əmirbəyov fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.