Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bişkekdə İlham Əliyev və Vladimir Putin arasında görüş keçirilir

© Official website of President of Azerbaijan RepublicBişkekdə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü
Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü - Sputnik Azərbaycan, 1920, 12.10.2023
Abunə olmaq
Rusiya prezidentinin köməkçisi bildirib ki, prezidentlər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti və orada yerləşən Rusiya sülhməramlılarını müzakirə etmək niyyətindədirlər.
BAKI, 12 oktyabr - Sputnik. Oktyabrın 12-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü başlayıb. Bu barədə Azərtac xəbər yayıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun verdiyi məlumata görə, prezidentlər Qarabağ ətrafındakı vəziyyəti və orada yerləşən Rusiya sülhməramlılarını müzakirə etmək niyyətindədirlər.
Tərəflər Qarabağ ermənilərinin yaşadıqları yerlərə mümkün qayıdışını da müzakirə etməyi planlaşdırırlar.
Uşakov qeyd edib ki, Rusiya liderinin Ermənistanın baş naziri Nikol Paşinyan MDB sammitində iştirak etmək üçün ölkəyə gələcəyi təqdirdə onunla görüşü də Qırğızıstanda təşkil olunacaq.
Eyni zamanda o, Rusiya Federasiyası ilə Ermənistan arasında təmasların davam edəcəyini və iki ölkənin müzakirə edəcəyi çoxlu mövzuların olduğunu vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0