https://sputnik.az/20231012/azerbaycanda-seysmoloji-tedqiqatlarda-suni-intellektden-istifade-edilecek-459535884.html
Azərbaycanda seysmoloji tədqiqatlarda süni intellektdən istifadə ediləcək
Azərbaycanda seysmoloji tədqiqatlarda süni intellektdən istifadə ediləcək
Sputnik Azərbaycan
Alim həmçinin dünyada yaranan yeni terminlərlə bağlı birgə layihələrin həyata keçirilməsinin vacib olduğunu deyib. 12.10.2023, Sputnik Azərbaycan
2023-10-12T20:19+0400
2023-10-12T20:19+0400
2023-10-12T20:19+0400
azərbaycanda
cəmiyyət
seysmoloji xidmət mərkəzi
https://cdnn1.img.sputnik.az/img/42116/03/421160392_0:71:1350:830_1920x0_80_0_0_2ff48345409947ebd38d38893976dd52.jpg
BAKI, 12 oktyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Türkiyənin Daxili İşlər Nazirliyinin tabeliyindəki Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) ilə əməkdaşlığa başlayıb. Məqsəd seysmoloji tədqiqatlarda süni intellektdən istifadə edilməsidir. "Report" xəbərinə görə, AMEA-nın Rəyasət Heyəti aparatının Elektron akademiya şöbəsinin müdiri Fariz İmranov deyib ki, bu məsələ nəinki Azərbaycanda, bütün dünyada gündəmdədir. Alim həmçinin dünyada yaranan yeni terminlərlə bağlı birgə layihələrin həyata keçirilməsinin vacib olduğunu deyib. O, humanitar və ictimai elmlər üzrə aparılan tədqiqatların dünyaya çıxarılması, istinad göstəricilərinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq "Ortaq türk indeksi"nin hazırlanması istiqamətində Türkiyənin artıq ilkin addımlar atdığını bildirib. Bundan başqa, F.İmranov qeyd edib ki, hazırda AMEA-da "Vikipediya" qruplarının fəaliyyətinin canlandırılması, təlimlərin bərpası üçün zəruri tədbirlər icra olunur.O, həmçinin AMEA-da Azərbaycan dilinin saflığının qorunması, dilin imkanlarının elmi əsaslarla şərh edilməsi istiqamətində süni intellektdən istifadə etməklə tədqiqat işləri və layihələrin həyata keçirildiyini deyib, Azərbaycan dilinin müasir vəziyyətinə uyğun olaraq təxminən 100 milyon söz-formadan ibarət əsas korpusun yaradılmasına ehtiyac olduğunu bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42116/03/421160392_75:0:1275:900_1920x0_80_0_0_ef9f50fc57f1f6e4e7ddad22627199cb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycanda, seysmoloji xidmət mərkəzi
azərbaycanda, seysmoloji xidmət mərkəzi
Azərbaycanda seysmoloji tədqiqatlarda süni intellektdən istifadə ediləcək
Alim həmçinin dünyada yaranan yeni terminlərlə bağlı birgə layihələrin həyata keçirilməsinin vacib olduğunu deyib.
BAKI, 12 oktyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Türkiyənin Daxili İşlər Nazirliyinin tabeliyindəki Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) ilə əməkdaşlığa başlayıb. Məqsəd seysmoloji tədqiqatlarda süni intellektdən istifadə edilməsidir.
"Report" xəbərinə görə, AMEA-nın Rəyasət Heyəti aparatının Elektron akademiya şöbəsinin müdiri Fariz İmranov deyib ki, bu məsələ nəinki Azərbaycanda, bütün dünyada gündəmdədir.
Alim həmçinin dünyada yaranan yeni terminlərlə bağlı birgə layihələrin həyata keçirilməsinin vacib olduğunu deyib. O, humanitar və ictimai elmlər üzrə aparılan tədqiqatların dünyaya çıxarılması, istinad göstəricilərinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq "Ortaq türk indeksi"nin hazırlanması istiqamətində Türkiyənin artıq ilkin addımlar atdığını bildirib.
Bundan başqa, F.İmranov qeyd edib ki, hazırda AMEA-da "Vikipediya" qruplarının fəaliyyətinin canlandırılması, təlimlərin bərpası üçün zəruri tədbirlər icra olunur.
O, həmçinin AMEA-da Azərbaycan dilinin saflığının qorunması, dilin imkanlarının elmi əsaslarla şərh edilməsi istiqamətində süni intellektdən istifadə etməklə tədqiqat işləri və layihələrin həyata keçirildiyini deyib, Azərbaycan dilinin müasir vəziyyətinə uyğun olaraq təxminən 100 milyon söz-formadan ibarət əsas korpusun yaradılmasına ehtiyac olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.