Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan və Aİİ: iqtisadçı inteqrasiyanın əsas üstünlüklərindən danışıb

Abunə olmaq
İqtisadçının qənaətinə görə, Qlobal iqtisadiyyatda struktur böhranı xarici ticarət əməliyyatlarının coğrafiyasını dəyişir.
BAKI, 12 oktyabr — Sputnik. Qeyri-neft sektoru mallarının ixracı Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əməkdaşlığını dərinləşdirə biləcək istiqamət kimi hesab oluna bilər. Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, iqtisadçı Aslan Əzimzadə Sputnik Azərbaycan-a müsahibəsində deyib.

"Hazırda yeni dünya iqtisadi quruluşu formalaşır. Əgər əvvəlki dünya iqtisadi strukturunun spesifik xüsusiyyətləri müstəmləkəçilik, imperializm və monopoliya idisə, yeni strukturun əsas istiqaməti inteqrasiyadır", - deyə Əzimzadə qeyd edib.

Ekspert əminliklə bildirib ki, alterqlobalizm tendensiyasının inkişafı çərçivəsində Azərbaycanla Aİİ arasında iqtisadi əməkdaşlığın qurulması çox vacibdir.
"Ortamüddətli perspektivdə Azərbaycan Respublikası ilə Aİİ arasında daha sıx əməkdaşlığı görmək mümkündür. Bu, Azərbaycanın ixrac coğrafiyasının genişləndirilməsi üçün mühüm amildir. Münasibətlərin inkişafı yeni investisiya konturlarının açılmasına gətirib çıxaracaq", - deyə Əzimzadə fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0