Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aİİ ölkələrində elektron ticarətin artım tempi qlobal göstəricini üstələyir

© Depositphotos.com / Shmeljov Elektron ticarət, arxiv
Elektron ticarət, arxiv - Sputnik Azərbaycan, 1920, 12.10.2023
Abunə olmaq
AİK-in "Sahibkarlıq fəaliyyətinin inkişafı" departamentinin direktoru bildirib ki, qurum hazırda Aİİ daxilində elektron ticarət malları bazarının ixtisaslaşmış tənzimlənməsinin həyata keçirilməsi üzərində işləyir.
BAKI, 12 oktyabr — Sputnik. Aİİ ölkələrində elektron ticarət fəal inkişaf edir. Onun artım tempi qlobal göstəricini üstələyir. Bunu Avrasiya İqtisadi Komissiyasının mətbuat xidməti xəbər verib.

"2022-ci ildə milli ekspert agentliklərinin rəyinə görə ən böyük artım Qazaxıstan Respublikası və Rusiya Federasiyasında 30% səviyyəsində qeydə alınıb", - deyə məlumatda AİK-in "Sahibkarlıq fəaliyyətinin inkişafı" departamentinin direktoru Yernar Bakenovun sözləri nümunə gətirilib.

Bakenov onu da əlavə edib ki, Avrasiya İqtisadi Komissiyası hazırda İttifaqa üzv dövlətlərlə birlikdə "Aİİ daxilində elektron ticarət malları bazarının ixtisaslaşmış tənzimlənməsinin həyata keçirilməsi üzərində işləyir".
Hesabatda qeyd edilib ki, 2022-ci ildə qlobal onlayn satışlar qlobal pərakəndə satış bazarının 19%-ni təşkil edib və pul ifadəsində 5,5 trilyon dolları ötüb. Ekspertlərin hesablamalarına görə, 2027-ci ildə dünya ticarətinin payı 25% və ya 9,1 trilyon dollar təşkil edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0