https://sputnik.az/20231012/33-formatinin-ise-dusmesi-ne-ucun-labuddur-459518567.html
"3+3" formatının işə düşməsi nə üçün labüddür?
"3+3" formatının işə düşməsi nə üçün labüddür?
Sputnik Azərbaycan
Politoloqun sözlərinə görə, bu siyasət region dövlətlərinin birgə səyləri ilə regionda dayanıqlı sülhün və sabitliyin təmin olunmasına öz töhfəsini verə bilər. 12.10.2023, Sputnik Azərbaycan
2023-10-12T10:00+0400
2023-10-12T10:00+0400
2023-10-12T10:00+0400
politoloq
təhlil
abş
yaxın şərq
ermənistanın baş naziri nikol paşinyan
region
gürcüstan
ərdoğan
ermənistan
israil
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:122:3001:1810_1920x0_80_0_0_cd8d68cb99e8c0cb983931a186a6a0ea.jpg
BAKI, 12 oktyabr — Sputnik. "3+3" formatı ətrafında müzakirələr yenidən aktuallaşıb. Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşündə regional məsələlərin 3+3 formatında region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini vurğulayıb və bu formatda müvafiq səviyyələrdə görüşlərin keçirilməsini qeyd edib. Bundan başqa Ermənistanın Baş naziri Nikol Paşinyan da bildirib ki, ölkəsi "3+3" formatında regional əməkdaşlıq platformasının iclaslarında iştirak etməyə hazırdır. Hazırkı şəraitdə "3+3" formatının işə düşməsi nə üçün labüddür? Mövzu ilə bağlı politoloq Elşən Manafov Sputnik Azərbaycan-a fikirlərini bölüşüb. Politoloq Elşən Manafov bildirib ki, "3+3" formatı təklif olunanda əksər dövlətlər onun işə düşməsində maraqlı olduqlarını bildirdilər, sadəcə Gürcüstanın bu məsələyə yanaşması bir qədər fərqli oldu: "Mövcud Ermənistan hakimiyyətinin yanaşması isə həmin formatın ləğvinə, onun fəaliyyətinin reallaşmasına problemlər yaratmağa yönəlib. Bu formatın tərəfdarı olan region dövlətləri Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar. Ermənistan tərəfi Moskva razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda region dövlətləri həmin dəhlizin İran ərazisindən keçməsi ilə bağlı artıq razılıq əldə ediblər. Türkiyə prezidentinin açıqlamalarında da bu əksini tapdı. Ərdoğan bildirdi ki, əgər Ermənistan dəhlizin bu istiqamətdə açılmasına etiraz edəcəksə, İran ərazisindən dəhliz keçirilə bilər. Yəni, bizə aydın olur ki, bu format regiona aid olmayan digər güclərin regionun daxili işlərinə müdaxiləsinin qarşısının alınmasına ünvanlanmış bir siyasətdir". Politoloqun sözlərinə görə, bu siyasət region dövlətlərinin birgə səyləri ilə regionda dayanıqlı sülhün və sabitliyin təmin olunmasına öz töhfəsini verə bilər: "3+3" formatında əməkdaşlığın tərəfdarı olan region dövlətləri də bütün məsələlərdə ona görə əməkdaşlıq etməyi vacib bilirlər ki, bu əməkdaşlıq regiona fövqəl güclərin müdaxiləsinə mane olsunlar. Türkiyə prezidenti də bildirdi ki, Yaxın Şərq ABŞ siyasəti nəticəsində qan gölünə çevrilib. Ərdoğan ABŞ-ın terrora dəstək verdiyini açıqca ifadə etdi. ABŞ-ın təyyarədaşıyan gəmisinin Aralıq dənizi sularına yaxınlaşması İsrail-Fələstin arasındakı münaqişənin daha da alovlanmasına gətirib çıxaracaq. ABŞ-ın yeni dünya nizamı ilə bağlı təşəbbüsləri "3+3" formatında əməkdaşlığın əleyhinədir. Bu formata dəstək verən ölkələr isə ABŞ-ın yeni dünya nizamına qarşı çıxan ölkələrdir", - deyə politoloq fikirlərini yekunlaşdırıb.
zəngəzur dəhlizi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:0:2667:2000_1920x0_80_0_0_5bc044ef9376d8135bc473c4828e698b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
politoloq, abş, yaxın şərq, ermənistanın baş naziri nikol paşinyan, region, gürcüstan, ərdoğan, ermənistan, israil, fələstin, zəngəzur dəhlizi, moskva, razılaşma
politoloq, abş, yaxın şərq, ermənistanın baş naziri nikol paşinyan, region, gürcüstan, ərdoğan, ermənistan, israil, fələstin, zəngəzur dəhlizi, moskva, razılaşma
"3+3" formatının işə düşməsi nə üçün labüddür?
Politoloqun sözlərinə görə, bu siyasət region dövlətlərinin birgə səyləri ilə regionda dayanıqlı sülhün və sabitliyin təmin olunmasına öz töhfəsini verə bilər.
BAKI, 12 oktyabr — Sputnik. "3+3" formatı ətrafında müzakirələr yenidən aktuallaşıb.
Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşündə regional məsələlərin 3+3 formatında region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini vurğulayıb və bu formatda müvafiq səviyyələrdə görüşlərin keçirilməsini qeyd edib.
Bundan başqa Ermənistanın Baş naziri Nikol Paşinyan da bildirib ki, ölkəsi "3+3" formatında regional əməkdaşlıq platformasının iclaslarında iştirak etməyə hazırdır.
Hazırkı şəraitdə "3+3" formatının işə düşməsi nə üçün labüddür?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Sputnik Azərbaycan-a fikirlərini bölüşüb.
Politoloq Elşən Manafov bildirib ki, "3+3" formatı təklif olunanda əksər dövlətlər onun işə düşməsində maraqlı olduqlarını bildirdilər, sadəcə Gürcüstanın bu məsələyə yanaşması bir qədər fərqli oldu:
"Mövcud Ermənistan hakimiyyətinin yanaşması isə həmin formatın ləğvinə, onun fəaliyyətinin reallaşmasına problemlər yaratmağa yönəlib. Bu formatın tərəfdarı olan region dövlətləri Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar. Ermənistan tərəfi Moskva razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda region dövlətləri həmin dəhlizin İran ərazisindən keçməsi ilə bağlı artıq razılıq əldə ediblər. Türkiyə prezidentinin açıqlamalarında da bu əksini tapdı. Ərdoğan bildirdi ki, əgər Ermənistan dəhlizin bu istiqamətdə açılmasına etiraz edəcəksə, İran ərazisindən dəhliz keçirilə bilər. Yəni, bizə aydın olur ki, bu format regiona aid olmayan digər güclərin regionun daxili işlərinə müdaxiləsinin qarşısının alınmasına ünvanlanmış bir siyasətdir".
Politoloqun sözlərinə görə, bu siyasət region dövlətlərinin birgə səyləri ilə regionda dayanıqlı sülhün və sabitliyin təmin olunmasına öz töhfəsini verə bilər:
"Amma regionda baş verən hadisələrdə beynəlxalq güclərin fərqli maraqları var, xüsusən də ABŞ-ın bölgədəki peyki hal-hazırda Paşinyan iqtidarının idarə etdiyi Ermənistan bu maraqlara xidmət edir. ABŞ Zəngəzur dəhlizinin rentabelliyinə şübhə ilə yanaşır. Böyük 20-lərin son sammiti zamanı Hindistandan başlamaqla Yaxın və Orta Şərqi əhatə edən dəhlizlə başğlı razılıq əldə olundu. Bu da ABŞ-ın layihəsidir. Bu layihə Rusiya, İran və Türkiyənin bölgə ilə maraqları ilə üst-üstə düşmür. Ən əsası həmin layihə Çinin "Bir kəmər, bir yol" layihəsinin reallaşmasının qarşısını almağa hesablanıb".
"3+3" formatında əməkdaşlığın tərəfdarı olan region dövlətləri də bütün məsələlərdə ona görə əməkdaşlıq etməyi vacib bilirlər ki, bu əməkdaşlıq regiona fövqəl güclərin müdaxiləsinə mane olsunlar. Türkiyə prezidenti də bildirdi ki, Yaxın Şərq ABŞ siyasəti nəticəsində qan gölünə çevrilib. Ərdoğan ABŞ-ın terrora dəstək verdiyini açıqca ifadə etdi. ABŞ-ın təyyarədaşıyan gəmisinin Aralıq dənizi sularına yaxınlaşması İsrail-Fələstin arasındakı münaqişənin daha da alovlanmasına gətirib çıxaracaq. ABŞ-ın yeni dünya nizamı ilə bağlı təşəbbüsləri "3+3" formatında əməkdaşlığın əleyhinədir. Bu formata dəstək verən ölkələr isə ABŞ-ın yeni dünya nizamına qarşı çıxan ölkələrdir", - deyə politoloq fikirlərini yekunlaşdırıb.