https://sputnik.az/20231011/turkiye-prezidenti-sraile-xeberdarliq-edib-459509764.html
Türkiyə prezidenti İsrailə xəbərdarlıq edib
Türkiyə prezidenti İsrailə xəbərdarlıq edib
Sputnik Azərbaycan
Türkiyə prezidenti bildirib ki, İsarilin Qəzzaya əsassız hücumları bu ölkəni dünya ictimai rəyi qarşısında gözlənilməz və arzuolunmaz vəziyyətə sala bilər. 11.10.2023, Sputnik Azərbaycan
2023-10-11T18:45+0400
2023-10-11T18:45+0400
2023-10-11T19:05+0400
rəcəb tayyip ərdoğan
dünya xəbərləri
israil
xəbərdarlıq
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457195419_0:160:3072:1888_1920x0_80_0_0_e655327177f4ce4b62f2d62d579a1202.jpg
BAKI, 11 oktyabr — Sputnik. "İsrail unutmamalıdır ki, əgər dövlət deyil, bir qruplaşma kimi davranarsa, nəticədə ona da eyni cür münasibət göstəriləcək". Bunu Türkiyə prezidenti Rəcəb tayyip Ərdoğan Türkiyə Böyük Millət Məclisinin Qrup iclasında çıxışı zamanı deyib. Türkiyə prezidenti bildirib ki, İsarilin Qəzzaya əsassız hücumları bu ölkəni dünya ictimai rəyi qarşısında gözlənilməz və arzuolunmaz vəziyyətə sala bilər: "Mülki yaşayış məntəqələrini bombalamaq, mülki insanları qəsdən öldürmək, bölgəyə humanitar yardım aparan maşınların qarşısını kəsmək və bütün bunları böyük bir iş kimi təqdim etməyə çalışmaq dövlət deyil, ancaq qruplaşma davranışıdır". Türkiyə lideri İsrailə xəbərdarlıq edib: "İsrail unutmamalıdır ki, əgər dövlət deyil, bir qruplaşma kimi davranarsa, nəticədə ona qruplaşma kimi münasibət göstəriləcək. Sözləri, anlayışları, faktları təhrif edərək, insanların təməl hüquq və azadlıqlarına hücum edərək, yaxşı nəticə gözləmək olmaz. Regionda münaqişələrin və insan faciələrinin davam etməsinə nə region, nə də dünya tab gətirə bilməz. Məsələ təkcə oradakı məzlum və zərərçəkmiş insanların problemi deyil, bu məqamda bütün dünya və bu mövzuda məsuliyyət və səlahiyyət sahibi olan bütün təşkilatların qlobal idarəçiliyinin və təhlükəsizlik nizamının ləyaqəti məsələsidir". Ərdoğan Fələstin probleminin həll olunmamasının səbəblərindən də danışıb: "Bunlarda biri də verdiyi vədlərin heç birini yerinə yetirməyən beynəlxalq ictimaiyyətdir. Birləşmiş Millətlər Təşkilatı və digər təşkilatlar Fələstin xalqını tək buraxıblar, vədlərinə əməl etməyiblər, fələstinlilərin hüquq və haqlarını qoruya bilməyiblər. Bunu indi demirik. Mən əvvəllər bu həqiqətləri BMT kürsüsündən bütün dünyaya açıq demişəm.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457195419_171:0:2902:2048_1920x0_80_0_0_c4395611cf70fccd084c9688a4d49f8f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rəcəb tayyip ərdoğan, israil, xəbərdarlıq
rəcəb tayyip ərdoğan, israil, xəbərdarlıq
Türkiyə prezidenti İsrailə xəbərdarlıq edib
18:45 11.10.2023 (Yenilənib: 19:05 11.10.2023) Türkiyə prezidenti bildirib ki, İsarilin Qəzzaya əsassız hücumları bu ölkəni dünya ictimai rəyi qarşısında gözlənilməz və arzuolunmaz vəziyyətə sala bilər.
BAKI, 11 oktyabr — Sputnik. "İsrail unutmamalıdır ki, əgər dövlət deyil, bir qruplaşma kimi davranarsa, nəticədə ona da eyni cür münasibət göstəriləcək". Bunu Türkiyə prezidenti Rəcəb tayyip Ərdoğan Türkiyə Böyük Millət Məclisinin Qrup iclasında çıxışı zamanı deyib.
Türkiyə prezidenti bildirib ki, İsarilin Qəzzaya əsassız hücumları bu ölkəni dünya ictimai rəyi qarşısında gözlənilməz və arzuolunmaz vəziyyətə sala bilər: "Mülki yaşayış məntəqələrini bombalamaq, mülki insanları qəsdən öldürmək, bölgəyə humanitar yardım aparan maşınların qarşısını kəsmək və bütün bunları böyük bir iş kimi təqdim etməyə çalışmaq dövlət deyil, ancaq qruplaşma davranışıdır".
Türkiyə lideri İsrailə xəbərdarlıq edib: "İsrail unutmamalıdır ki, əgər dövlət deyil, bir qruplaşma kimi davranarsa, nəticədə ona qruplaşma kimi münasibət göstəriləcək. Sözləri, anlayışları, faktları təhrif edərək, insanların təməl hüquq və azadlıqlarına hücum edərək, yaxşı nəticə gözləmək olmaz. Regionda münaqişələrin və insan faciələrinin davam etməsinə nə region, nə də dünya tab gətirə bilməz. Məsələ təkcə oradakı məzlum və zərərçəkmiş insanların problemi deyil, bu məqamda bütün dünya və bu mövzuda məsuliyyət və səlahiyyət sahibi olan bütün təşkilatların qlobal idarəçiliyinin və təhlükəsizlik nizamının ləyaqəti məsələsidir".
Ərdoğan Fələstin probleminin həll olunmamasının səbəblərindən də danışıb: "Bunlarda biri də verdiyi vədlərin heç birini yerinə yetirməyən beynəlxalq ictimaiyyətdir. Birləşmiş Millətlər Təşkilatı və digər təşkilatlar Fələstin xalqını tək buraxıblar, vədlərinə əməl etməyiblər, fələstinlilərin hüquq və haqlarını qoruya bilməyiblər. Bunu indi demirik. Mən əvvəllər bu həqiqətləri BMT kürsüsündən bütün dünyaya açıq demişəm.