DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

London aeroportunda uçuşlar dayandırılıb

© AP Photo / Akira SuemoriHeathrow
Heathrow - Sputnik Azərbaycan, 1920, 11.10.2023
Abunə olmaq
2022-ci ildə 13,3 milyon sərnişinə xidmət göstərən "Luton" aeroportu "Heathrow", "Gatwick", "Manchester" və "Stansted"dən sonra Böyük Britaniyanın ən böyük beşinci hava limanıdır.
BAKI, 11 oktyabr — Sputnik. Avtomobil dayanacağında baş verən güclü yanğın səbəbindən Londonun "Luton" aeroportunda bütün aviareyslər dayandırılıb.
"Reuters" agentliyinin məlumatına görə, yanğınsöndürmə xidmətinin məlumatına görə, ikinci terminalda bəzi konstruksiyalar dağılıb. Yanğının söndürülməsinə ondan çox yanğınsöndürən maşın cəlb edilib. Dörd yanğınsöndürən və hava limanının bir əməkdaşı tüstü zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, 2022-ci ildə 13,3 milyon sərnişinə xidmət göstərən "Luton" aeroportu "Heathrow", "Gatwick", "Manchester" və "Stansted"dən sonra Böyük Britaniyanın ən böyük beşinci hava limanıdır.
Xəbər lenti
0