https://sputnik.az/20231011/lham-eliyevle-vladimir-putin-biskekde-gorusecekler-459514660.html
İlham Əliyevlə Vladimir Putin Bişkekdə görüşəcəklər
İlham Əliyevlə Vladimir Putin Bişkekdə görüşəcəklər
Sputnik Azərbaycan
Liderlər oktyabrın 13-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğızıstanda olacaqlar. 11.10.2023, Sputnik Azərbaycan
2023-10-11T18:28+0400
2023-10-11T18:28+0400
2023-10-11T18:30+0400
siyasət
rusiya prezidenti vladimir putin
vladimir putin
prezident ilham əliyev
yuri uşakov
görüş
mdb
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450050392_0:0:2865:1612_1920x0_80_0_0_419f4bf8ae62cf0d8bb68282857931ce.jpg
BAKI, 11 oktyabr - Sputnik. "Rusiya prezidenti Vladimir Putinin oktyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır, onlar Qarabağ ətrafındakı vəziyyəti və Rusiya sülhməramlılarını, o cümlədən Qarabağ ermənilərinin yaşayış yerlərinə mümkün qayıdışını təmin etmək kontekstində onlardan sonrakı istifadə imkanlarını müzakirə edəcəklər". Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Liderlər sabah oktyabrın 13-də MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi Qırğızıstanda olacaqlar. "Nahardan sonra Azərbaycan Respublikasının Prezidenti Əliyevlə söhbət planlaşdırılır. Deyə bilərəm ki, biz bu təmaslara böyük əhəmiyyət veririk. Rusiya-Azərbaycan əlaqələri yüksək səviyyədədir və dinamik şəkildə inkişaf edir. Prezidentlər həm iqtisadiyyat, həm də nəqliyyat-logistika, energetika və sənaye sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi kontekstində gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparacaqlar”, - deyə Uşakov jurnalistlərə bildirib. "Və təbii ki, onlar Qarabağ ətrafındakı vəziyyətlə bağlı məsələləri müzakirə edəcəklər. Gündəlikdə Qarabağ ermənilərinin beynəlxalq səviyyədə tanınmış hüquq və azadlıqlara riayət etməklə Azərbaycanın hüquqi sahəsinə sülh yolu ilə inteqrasiyası var və Rusiya sülhməramlı kontingenti öz töhfəsini verməyə hazırdır. Məhz Rusiya sülhməramlıları ətrafında vəziyyəti ümid edirik ki, prezidentimiz prezident Əliyevlə müzakirə edəcək”, - deyə Uşakov əlavə edib. O qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin mandatı 2025-ci ilin dekabrında başa çatır. “Və burada kontingentimizdən mümkün sonrakı istifadənin müxtəlif variantları nəzərdən keçiriləcək, o cümlədən Qarabağ ermənilərinin sentyabrda baş vermiş məlum hadisələrdən sonra tərk etdikləri yaşayış yerlərinə mümkün qayıdışının təmin edilməsi kontekstində”, - deyə Rusiya prezidentinin köməkçisi bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450050392_0:0:2731:2048_1920x0_80_0_0_ea202cf183597c1e8bd6869ab33942fb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, vladimir putin, prezident ilham əliyev, yuri uşakov, görüş, mdb
rusiya prezidenti vladimir putin, vladimir putin, prezident ilham əliyev, yuri uşakov, görüş, mdb
İlham Əliyevlə Vladimir Putin Bişkekdə görüşəcəklər
18:28 11.10.2023 (Yenilənib: 18:30 11.10.2023) Liderlər oktyabrın 13-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğızıstanda olacaqlar.
BAKI, 11 oktyabr - Sputnik. "Rusiya prezidenti Vladimir Putinin oktyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır, onlar Qarabağ ətrafındakı vəziyyəti və Rusiya sülhməramlılarını, o cümlədən Qarabağ ermənilərinin yaşayış yerlərinə mümkün qayıdışını təmin etmək kontekstində onlardan sonrakı istifadə imkanlarını müzakirə edəcəklər". Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Liderlər sabah oktyabrın 13-də MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi Qırğızıstanda olacaqlar.
"Nahardan sonra Azərbaycan Respublikasının Prezidenti Əliyevlə söhbət planlaşdırılır. Deyə bilərəm ki, biz bu təmaslara böyük əhəmiyyət veririk. Rusiya-Azərbaycan əlaqələri yüksək səviyyədədir və dinamik şəkildə inkişaf edir. Prezidentlər həm iqtisadiyyat, həm də nəqliyyat-logistika, energetika və sənaye sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi kontekstində gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparacaqlar”, - deyə Uşakov jurnalistlərə bildirib.
"Və təbii ki, onlar Qarabağ ətrafındakı vəziyyətlə bağlı məsələləri müzakirə edəcəklər. Gündəlikdə Qarabağ ermənilərinin beynəlxalq səviyyədə tanınmış hüquq və azadlıqlara riayət etməklə Azərbaycanın hüquqi sahəsinə sülh yolu ilə inteqrasiyası var və Rusiya sülhməramlı kontingenti öz töhfəsini verməyə hazırdır. Məhz Rusiya sülhməramlıları ətrafında vəziyyəti ümid edirik ki, prezidentimiz prezident Əliyevlə müzakirə edəcək”, - deyə Uşakov əlavə edib.
O qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin mandatı 2025-ci ilin dekabrında başa çatır.
“Və burada kontingentimizdən mümkün sonrakı istifadənin müxtəlif variantları nəzərdən keçiriləcək, o cümlədən Qarabağ ermənilərinin sentyabrda baş vermiş məlum hadisələrdən sonra tərk etdikləri yaşayış yerlərinə mümkün qayıdışının təmin edilməsi kontekstində”, - deyə Rusiya prezidentinin köməkçisi bildirib.