CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əmək hüquqlarının kobud şəkildə pozulması halları aşkarlanıb

© Depositphotos.com / IlfedeSənədlər
Sənədlər - Sputnik Azərbaycan, 1920, 11.10.2023
Abunə olmaq
Daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
BAKI, 11 oktyabr — Sputnik. Vətəndaşların əmək hüquqlarının pozulması halları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, araşdırma zamanı "Freco Company Group" MMC tərəfindən vətəndaşların əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, habelə "CRF-GROUP" MMC, "B.Sərdarov adına maşınqayırma zavodu" MMC, "Anar Food" MMC və müxtəlif fərdi sahibkarlar tərəfindən isə işçilərə əmək haqqı və son haqq-hesabın ödənilməməsi nəticəsində qanunvericiliklə nəzərdə tutulmuş əmək hüquqlarının kobud şəkildə pozulması müəyyənləşdirilib.
Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 192.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.
Xəbər lenti
0