"Azərkosmos"la BƏƏ-nin "Bayanat" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
© Photo : Ministry of Digital Development and Transport“Azərkosmos” və “Bayanat” şirkəti arasında Coğrafi İnformasiya Sistemlərinin inkişafına dair müqavilə imzalanıb
© Photo : Ministry of Digital Development and Transport
Abunə olmaq
Əməkdaşlıq çərçivəsində neft və qaz sahəsi üzrə xəritəçəkmə və tədqiqat zamanı Yer müşahidəsi həllərinin istifadəsinin genişləndirilməsi də nəzərə alınıb.
BAKI, 11 oktyabr — Sputnik. "Azərkosmos" və Birləşmiş Ərəb Əmirliklərinin "Bayanat" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Müqaviləyə əsasən, hər iki tərəf coğrafi informasiya sistemləri üzrə birgə əməkdaşlıq edəcək. Bura məsafədən müşahidə məlumatlarının əldə olunması, emalı və tətbiq edilməsinə dair potensial layihələr və imkanların təşviq edilməsi, geoməkan məlumatları və onların texniki imkanları, təcrübə və bilik mübadiləsi daxildir. Həmçinin Azərkosmos tərəfindən "Bayanat" şirkətinə məxsus geoməkan məlumat platformasının 1 il ərzində istifadəsi nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində neft və qaz sahəsi üzrə xəritəçəkmə və tədqiqat zamanı Yer müşahidəsi həllərinin istifadəsinin genişləndirilməsi də nəzərə alınıb.
© Photo : Ministry of Digital Development and Transport“Azərkosmos” və “Bayanat” şirkəti arasında Coğrafi İnformasiya Sistemlərinin inkişafına dair müqavilə imzalanıb
“Azərkosmos” və “Bayanat” şirkəti arasında Coğrafi İnformasiya Sistemlərinin inkişafına dair müqavilə imzalanıb
© Photo : Ministry of Digital Development and Transport
Eyni zamanda "Bayanat" şirkəti tərəfindən Azərbaycanda xüsusilə coğrafi informasiya sistemləri üzrə mütəxəssislər və istifadəçilər üçün süni intellekt, geoməkan məlumatlarının toplanması növü olan "Synthetic Aperture Radar" (SAR) texnologiyası, coğrafi informasiya sistemləri və məsafədən müşahidə həlləri üzrə təlim keçiriləcək.
Qeyd edək ki, "Bayanat" şirkəti 40 ildən artıqdır ki, Yaxın Şərq və onun hüdudlarından kənarda yüksək keyfiyyətli coğrafi məlumat, geoməkan və süni intellektlə işləyən məlumat analitikası təqdim edir.