Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Türkiyədəki qaz qovşağına maraq göstərir - Putin

© AFP 2023 / SEBASTIEN BOZONГазоперерабатывающий завод
Газоперерабатывающий завод - Sputnik Azərbaycan, 1920, 11.10.2023
Abunə olmaq
Putin Rusiyanın Türkiyə vasitəsilə qaz nəqli imkanlarını genişləndirmək ideyasının olduğunu söyləyib.
BAKI, 11 oktyabr - Sputnik. Avropada Rusiya resurslarını əldə etmək istəyən hər kəs Türkiyədə qaz qovşağının yaradılmasında maraqlıdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Enerji Həftəsinin plenar iclasında bildirib.
O, Rusiyanın Türkiyə vasitəsilə qaz nəqli imkanlarını genişləndirmək ideyasının olduğunu söyləyib.
Rusiya Prezidenti Azərbaycanın Türkiyədəki qaz qovşağına maraq göstərdiyini qeyd edib. Bildirib ki, Türkiyədəki qaz qovşağına digər ölkələr də qoşula bilər.
"Türkiyədə qaz qovşağı layihəsi ilk növbədə Avropaya qaz ticarəti üçün elektron platformanın yaradılması ilə bağlıdır", deyə Putin vurğulayıb.
Xəbər lenti
0