Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycan-Özbəkistan səhiyyə sahəsində əməkdaşlıq müzakirə edilib - VİDEO, FOTO

© Photo : Ministry of Health of Azerbaijan Azərbaycan səhiyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Daşkənddə Heydər Əliyev Meydanını ziyarət edib
 Azərbaycan səhiyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Daşkənddə Heydər Əliyev Meydanını ziyarət edib - Sputnik Azərbaycan, 1920, 11.10.2023
Abunə olmaq
Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatovun Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə ikitərəfli görüşü keçirilib.
BAKI, 11 oktyabr — Sputnik. Daşkənddə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan və Özbəkistan səhiyyə nazirliklərinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası" keçirilir.
Səhiyyə Nazirliyi məlumat yayıb ki, səfər çərçivəsində Azərbaycan səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənddə Heydər Əliyev Meydanını və burada ucaldılan böyük memorial kompleksi ziyarət ediblər.
Nümayəndə heyəti Ulu Öndərin abidəsi önünə tər gül dəstələri qoyub, Ümummilli Liderinin əziz xatirəsi ehtiramla yad edil. Meydan Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 21 iyunda Özbəkistana dövlət səfəri çərçivəsində açılıb.
Sonra nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı səfirliyində olub.
Səhiyyə dekadası çərçivəsində Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatovun Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə ikitərəfli görüşü də keçirilib.
© Photo : Ministry of Health of Azerbaijan Azərbaycan səhiyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Daşkənddə Heydər Əliyev Meydanını ziyarət edib
 Azərbaycan səhiyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Daşkənddə Heydər Əliyev Meydanını ziyarət edib - Sputnik Azərbaycan, 1920, 11.10.2023
Azərbaycan səhiyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Daşkənddə Heydər Əliyev Meydanını ziyarət edib
Görüşdə qardaş ölkələr arasında ikitərəfli münasibətlər və əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb. Bildirilib ki, hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri dövlətlərarası dostluğun bariz nümunəsidir.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan səhiyyə dekadası çərçivəsində Özbəkistan-Azərbaycan səhiyyə forumu keçiriləcək. Forum ikitərəfli əməkdaşlığın dərinləşməsi ilə yanaşı, səhiyyə sahəsində təcrübə mübadilələrinin gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığın stimullaşdırılması, bu sahəyə əlavə investisiyaların cəlb edilməsi üçün geniş imkanlar yaradacaq.
Dekada çərçivəsində Azərbaycanın Səhiyyə Nazirliyinin həkim mütəxəssislərinin özbəkistanlı həmkarları ilə birgə keçirdikləri cərrahi əməliyyatlar, müayinə və müalicə prosedurları yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu tədbir qarşılıqlı əməkdaşlığı yeni müstəviyə keçirməklə, hər iki ölkənin həkimlərinin praktiki biliklərin artırılması və əhalinin sağlamlığının qorunmasında yeni imkanlar yaradacaq.
Görüş zamanı digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi də aparılıb.
© Photo : Ministry of Health of Azerbaijan Azərbaycan səhiyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Daşkənddə Heydər Əliyev Meydanını ziyarət edib
 Azərbaycan səhiyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Daşkənddə Heydər Əliyev Meydanını ziyarət edib - Sputnik Azərbaycan, 1920, 11.10.2023
Azərbaycan səhiyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Daşkənddə Heydər Əliyev Meydanını ziyarət edib
Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti səhiyyə dekadası çərçivəsində Akademik V.Vahidov adına Respublika İxtisaslaşdırılmış Elmi-Praktiki Cərrahiyyə Mərkəzində olub. Burada Teymur Musayev səhiyyə dekadası çərçivəsində birgə əməliyyat olunan vətəndaşlar və Azərbaycandan gələn həkimlərlə görüş keçirib.
Görüşdə qeyd edilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən səhiyyə dekadası çərçivəsində Özbəkistanın müxtəlif regionlarında yaşayan əhaliyə müasir tibbi avadanlıqlar vasitəsilə 100-dən çox birgə cərrahiyyə əməliyyatları icra edilib və müayinələr aparılıb.
Tibbi prosedurlar neonatal minimal invaziv cərrahiyyə, uşaq cərrahiyyəsi, transplantologiya, minimal invaziv laparoskopik və histeroskopik cərrahiyyə, travmatologiya və ortopediya, onkologiya və oftalmologiya, ağır rekonstruktiv əməliyyatlar kimi sahələri əhatə edib.
Eyni zamanda Respublika İxtisaslaşmış Göz Mikrocərrahiyyə Mərkəzi, Milli Uşaq Tibb Mərkəzi, Elmi-Praktik Travmatologiya və Ortopediya Mərkəzi və M-klinika ilə tanışlıq baş tutub.
Xəbər lenti
0