Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Xidmət mərkəzləri bu il 476 mindən çox vergi ödəyicisini qəbul ediblər

vergi  - Sputnik Azərbaycan, 1920, 10.10.2023
Abunə olmaq
Hesabat dövründə 2 454 vergi ödəyicisinin iştirakı ilə 203 görüş keçirilib, 3 675 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.
BAKI, 10 oktyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 476 445 şəxs qəbul edilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.
Məlumata görə, onlara 860 402 sayda xidmət göstərilib ki, bunlardan 209 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 193 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) bağlı olub.
Ümumi elektron xidmətlərin 87,9 %-ni 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
- bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;
- vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
- sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə qəbzlərin verilməsi;
- vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
- fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- "ASAN İmza" sertifikatlarının verilməsi;
- vergi ödəyicilərinə arayışların verilməsi;
- vergi ödəyicisinin fəaliyyətinin bərpası;
- fiziki şəxsin uçotdan çıxarılması.
9 ay ərzində vergi ödəyicilərindən daxil olmuş 22,9 minə yaxın yazılı müraciət cavablandırılıb, 9,1 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 1,274 milyona yaxın SMS göndərilib.
Hesabat dövründə 2 454 vergi ödəyicisinin iştirakı ilə 203 görüş keçirilib, 3 675 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.
Xəbər lenti
0