Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

"Tatarıstan" raket gəmisi Bakı limanına niyə gəlib?

© Sputnik"Tatarıstan" raket gəmisi Bakı limanına gəlib
Tatarıstan raket gəmisi Bakı limanına gəlib - Sputnik Azərbaycan, 1920, 10.10.2023
Abunə olmaq
Səfərin proqramına Rusiya dənizçilərinin işgüzar səfərləri, təcrübə mübadiləsi, Bakı ilə tanışlığı, birgə idman tədbirləri nəzərdə tutulur.
BAKI, 10 oktyabr — Sputnik. Rusiyanın "Tatarıstan" raket gəmisi Bakı limanına gəlib.
Bakı Beynəlxalq Dəniz Vağzalında Xəzər flotiliyasının flaqmanının təntənəli qarşılanması baş tutub.
Səfər Rusiya flotiliya gəmilərinin Xəzər dənizinin mərkəzi və cənub hissəsində illik təlimlərin keçiriləcəyi reyd çərçivəsində baş tutub.
Səfərin məqsədi Rusiya və Azərbaycan dənizçiləri arasında dostluq münasibətlərinin inkişaf etdirilməsindən və möhkəmləndirilməsindən ibarətdir.
Səfərin proqramına Rusiya dənizçilərinin işgüzar səfərləri, təcrübə mübadiləsi, Bakı ilə tanışlığı, birgə idman tədbirləri nəzərdə tutulur.
Oktyabrın 10-da "Tatarıstan" gəmisi müvafiq reqlament əsasında Bakı sakinlərinin ziyarəti üçün açıq olacaq.
Oktyabrın 11-də gəmilər Bakı limanından yola çıxacaqlar.
Xəbər lenti
0