https://sputnik.az/20231010/srail-sefirliyi-azerbaycandaki-israillilere-muraciet-edib-459476225.html
İsrail səfirliyi Azərbaycandakı israillilərə müraciət edib
İsrail səfirliyi Azərbaycandakı israillilərə müraciət edib
Sputnik Azərbaycan
İsrailin Azərbaycandakı səfirliyi bildirib ki, oktyabrın 13-də İsrailə uçuşlar həyata keçiriləcək. 10.10.2023, Sputnik Azərbaycan
2023-10-10T19:04+0400
2023-10-10T19:04+0400
2023-10-10T19:04+0400
israil
siyasət
qəzza
qüds
həmas
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1e/455404015_0:53:2003:1180_1920x0_80_0_0_ae206ddcfb91852da382155921e5b328.jpg
BAKI, 10 oktyabr — Sputnik. İsrailin Azərbaycandakı səfirliyi ölkəmizdəki israillilərə müraciət edib. Bu barədə səfirliyin "X" hesabında yazılıb. Bildirilib ki, bu həftənin cümə günü, yəni oktyabrın 13-də İsrailə uçuşlar həyata keçiriləcək. Qeyd olunub ki, vətəndaşlara daha ətraflı məlumat veriləcək. Bundan sonra Azərbaycandakı israillilər "İsrair" saytından bilet sifariş edə biləcəklər. İsrail və Fələstin arasında münaqişənin kəskinləşməsi haqqında Oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda silahlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu müharibə hazırlığı vəziyyəti elan edib və tezliklə cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib. HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə fələstinli radikalların Qəzza yaxınlığında əməliyyatını İsrail hakimiyyətinin Qüdsün mərkəzində yerləşən Əl-Əqsa məscidinə qarşı təcavüzkar hərəkətlərinə reaksiya adlandırıb. İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin orduya çağırılmasını təsdiqləyib və bütün İsraildə xüsusi təhlükəsizlik vəziyyətinin tətbiq edilməsini əmr edib. Son məlumatlara görə, münaqişənin gərginləşməsi nəticəsində 500-ə yaxın fələstinli həlak olub, daha 2,7 min nəfər yaralanıb. İsraildə isə 1000-dən çox insan həlak olub, 2,2 mindən çox insan yaralanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1e/455404015_180:0:1823:1232_1920x0_80_0_0_b46f367a523812df9564f34f02230f34.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
israil, qəzza, qüds, həmas
israil, qəzza, qüds, həmas
İsrail səfirliyi Azərbaycandakı israillilərə müraciət edib
İsrailin Azərbaycandakı səfirliyi bildirib ki, oktyabrın 13-də İsrailə uçuşlar həyata keçiriləcək.
BAKI, 10 oktyabr — Sputnik. İsrailin Azərbaycandakı səfirliyi ölkəmizdəki israillilərə müraciət edib. Bu barədə səfirliyin "X" hesabında yazılıb.
Bildirilib ki, bu həftənin cümə günü, yəni oktyabrın 13-də İsrailə uçuşlar həyata keçiriləcək.
Qeyd olunub ki, vətəndaşlara daha ətraflı məlumat veriləcək. Bundan sonra Azərbaycandakı israillilər "İsrair" saytından bilet sifariş edə biləcəklər.
İsrail və Fələstin arasında münaqişənin kəskinləşməsi haqqında
Oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda silahlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu müharibə hazırlığı vəziyyəti elan edib və tezliklə cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib. HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə fələstinli radikalların Qəzza yaxınlığında əməliyyatını İsrail hakimiyyətinin Qüdsün mərkəzində yerləşən Əl-Əqsa məscidinə qarşı təcavüzkar hərəkətlərinə reaksiya adlandırıb. İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin orduya çağırılmasını təsdiqləyib və bütün İsraildə xüsusi təhlükəsizlik vəziyyətinin tətbiq edilməsini əmr edib.
Son məlumatlara görə, münaqişənin gərginləşməsi nəticəsində 500-ə yaxın fələstinli həlak olub, daha 2,7 min nəfər yaralanıb. İsraildə isə 1000-dən çox insan həlak olub, 2,2 mindən çox insan yaralanıb.