https://sputnik.az/20231010/ramil-usubov-tirilen-her-gun-ermenistani-daha-boyuk-itkilere-yaxinlasdirir-459450520.html
Ramil Usubov: "İtirilən hər gün Ermənistanı daha böyük itkilərə yaxınlaşdırır"
Ramil Usubov: "İtirilən hər gün Ermənistanı daha böyük itkilərə yaxınlaşdırır"
Sputnik Azərbaycan
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, tarixə qovuşmuş "Dağlıq Qarabağ münaqişəsi"nin ən böyük ziyanını elə erməni xalqı, Ermənistan Respublikası çəkdi... 10.10.2023, Sputnik Azərbaycan
2023-10-10T10:31+0400
2023-10-10T10:31+0400
2023-10-10T10:31+0400
siyasət
ramil usubov
ramil usubov
ermənistan
sülh sazişi
imzalanma
təhlükəsizlik şurası
https://cdnn1.img.sputnik.az/img/41566/29/415662920_0:0:1152:648_1920x0_80_0_0_2effd9b5dae878af7523f0d57e571ffa.jpg
BAKI, 10 oktyabr — Sputnik. "Sülh müqaviləsinin imzalanmasına qədər itirilən hər gün Ermənistanı daha böyük itkilərə yaxınlaşdırır". Bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib. Onun sözlərinə görə, tarixə qovuşmuş "Dağlıq Qarabağ münaqişəsi"nin ən böyük ziyanını elə erməni xalqı, Ermənistan Respublikası çəkdi və hələ də çəkir: "Avantürist rəhbərlər onu böyük məhrumiyyətlərə, dərin böhrana məhkum etdi. Siyasi xaos, iqtisadi və sosial tənəzzül, korrupsiyalaşmış dövlət aparatı, darmadağın edilən ordu və utancverici məğlubiyyət, nəhayət, vətəndaş qarşıdurması, xaricə kütləvi miqrasiya və erməni xalqının faciələrini əks etdirən digər belə amillər Ermənistanın artıq geriyədönməz son iflas astanasında olduğunu göstərir. Erməni ictimaiyyətində öz həyatlarında yeni səhifə açmaqla bağlı çağırışların kütləviləşməsi ümid yaradır ki, bu ölkə sülh müqaviləsinin təcili imzalanmasına səmimi çalışacaq". R.Usubov bir mühüm məqama da toxunub: "Sülh müqaviləsinin imzalanmasına qədər itirilən hər gün bu ölkəni daha böyük itkilərə yaxınlaşdırır. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesini yekunlaşdırmaq, sülh müqaviləsini imzalamaq indi daha çox Ermənistana lazımdır. Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edib, sərhədlərimiz bütünlüklə nəzarətə götürülüb, qarşı tərəfdən ölkəmizə təhlükə yaradan strateji mövqelər hərtərəfli müşahidəmiz altındadır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41566/29/415662920_127:0:1011:663_1920x0_80_0_0_e816f33a79efc970be5c0db80476e555.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ramil usubov, ramil usubov, ermənistan, sülh sazişi, imzalanma, təhlükəsizlik şurası
ramil usubov, ramil usubov, ermənistan, sülh sazişi, imzalanma, təhlükəsizlik şurası
Ramil Usubov: "İtirilən hər gün Ermənistanı daha böyük itkilərə yaxınlaşdırır"
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, tarixə qovuşmuş "Dağlıq Qarabağ münaqişəsi"nin ən böyük ziyanını elə erməni xalqı, Ermənistan Respublikası çəkdi və hələ də çəkir.
BAKI, 10 oktyabr — Sputnik. "Sülh müqaviləsinin imzalanmasına qədər itirilən hər gün Ermənistanı daha böyük itkilərə yaxınlaşdırır".
Bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.
Onun sözlərinə görə, tarixə qovuşmuş "Dağlıq Qarabağ münaqişəsi"nin ən böyük ziyanını elə erməni xalqı, Ermənistan Respublikası çəkdi və hələ də çəkir: "Avantürist rəhbərlər onu böyük məhrumiyyətlərə, dərin böhrana məhkum etdi. Siyasi xaos, iqtisadi və sosial tənəzzül, korrupsiyalaşmış dövlət aparatı, darmadağın edilən ordu və utancverici məğlubiyyət, nəhayət, vətəndaş qarşıdurması, xaricə kütləvi miqrasiya və erməni xalqının faciələrini əks etdirən digər belə amillər Ermənistanın artıq geriyədönməz son iflas astanasında olduğunu göstərir. Erməni ictimaiyyətində öz həyatlarında yeni səhifə açmaqla bağlı çağırışların kütləviləşməsi ümid yaradır ki, bu ölkə sülh müqaviləsinin təcili imzalanmasına səmimi çalışacaq".
R.Usubov bir mühüm məqama da toxunub: "Sülh müqaviləsinin imzalanmasına qədər itirilən hər gün bu ölkəni daha böyük itkilərə yaxınlaşdırır. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesini yekunlaşdırmaq, sülh müqaviləsini imzalamaq indi daha çox Ermənistana lazımdır. Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edib, sərhədlərimiz bütünlüklə nəzarətə götürülüb, qarşı tərəfdən ölkəmizə təhlükə yaradan strateji mövqelər hərtərəfli müşahidəmiz altındadır".