https://sputnik.az/20231010/hizbullah-srail-movqelerinin-atese-tutulmasina-gore-mesuliyyeti-oz-uzerine-goturub-459384950.html
HƏMAS-ın terror hücumu nəticəsində ölən İsrail vətəndaşlarının sayı 1008 nəfərə çatıb
HƏMAS-ın terror hücumu nəticəsində ölən İsrail vətəndaşlarının sayı 1008 nəfərə çatıb
Sputnik Azərbaycan
Hücum nəticəsində yaralananların sayının isə 3418 nəfərə çatdığı qeyd olunub. 10.10.2023, Sputnik Azərbaycan
2023-10-10T18:07+0400
2023-10-10T18:07+0400
2023-10-11T00:13+0400
dünya xəbərləri
israil
israil hərbi hava qüvvələri
həmas
"hizbullah"
"hizbullah" təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e7/04/07/453498486_0:160:3072:1888_1920x0_80_0_0_34b1be8e363e941cd1f5d2d89ea84583.jpg
BAKI, 10 oktyabr - Sputnik. HƏMAS-ın hücumu nəticəsində ölən İsrail vətəndaşlarının sayı 1008 nəfərə çatıb.Bu barədə İsrailin ABŞ-dəkı səfirliyi məlumat yayıb.Hücum nəticəsində yaralananların sayının isə 3418 nəfərə çatdığı qeyd olunub.Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.15:40HƏMAS-ın İsrailə hücumu nəticəsində 900-dən çox adam həlak olub, daha 2 806 nəfər yaralanıb.Bu barədə “The Times of İsrael” nəşri məlumat yayıb.Qeyd olunub ki, onlardan 26-nın vəziyyəti çox ağır, 336 nəfərin ağır, 534 nəfərin vəziyyəti orta ağırdır. Daha 1479 nəfərin vəziyyəti isə yüngül qiymətləndirilir.Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.08.10.23, 23:17İsraildə Fələstinin HƏMAS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 700-ə yüksəlib.“Kan” dövlət teleradioşirkətinin yaydığı məlumata görə, hücum zamanı daha 2,2 mindən çox israilli xəsarət alıb.Daha əvvəl 600 nəfərə yaxın insanın öldüyü, 2 minə yaxın sakinin yaralandığı bildirilirdi. İsrail rəsmiləri bu rəqəmlərin yekun olmadığını, ölənlərin sayının hələ də hesablandığını, onlarla yaralının vəziyyətinin ağır olduğunu, buna görə də qurbanların sayının artacağını bildirir.16:05İsraildə Fələstinin HƏMAS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 600-ə yüksəlib.Bildirilib ki, indiyədək 2 048 nəfər yaralanıb.15:15İsraildə Fələstinin HƏMAS yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 400-ə yüksəlib.Bu barədə İsrail mediası məlumat yayıb.Bildirilib ki, indiyədək 2 048 nəfər yaralanıb. Xəstəxanaya yerləşdirilənlərdən 350-sinin vəziyyəti ağırdır.12:15İsraildə Fələstinin HƏMAS (Hərəkət əl-Müqavəmə Əl-İslamiyyə) terror təşkilatının hücumu nəticəsində azı 350 nəfər ölüb, 1 864 nəfər yaralanıb.Bu barədə ölkənin Qızıl Qalxan Cəmiyyəti məlumat yayıb.Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.11:22Hizbullah İsrail mövqelərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürübİranın himayə etdiyi Livanın Hizbullah qruplaşması İsrail Müdafiə Qüvvələrinin mövqelərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.“Fələstin müqavimət qüvvələri ilə həmrəylik olaraq... bir qrup döyüşçümüz bu səhər işğal olunmuş Livanın Şebaa fermaları yaxınlığında sionist ordusunun üç mövqeyinə hücum edib” - RİA Novostinin təşkilata istinadla yaydığı bəyanatda deyilir.Qrup nümayəndələri iddia edirlər ki, onlar İsrail ordusunun radar stansiyasını “birbaşa vura” biliblər.Bundan əvvəl İsrail ordusu atəşə cavab olaraq Livanda bölgəyə zərbələr endirməyə başlayıb. Hizbullah Qəzza zolağında quru əməliyyatı olacağı təqdirdə İsrailə hücum etməyə hazır olduğunu bəyan edib.
https://sputnik.az/20231008/srail-demir-qilinclar-antiterror-emeliyyatina-baslayib-459363377.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/07/453498486_171:0:2902:2048_1920x0_80_0_0_53f2cbf11c4362844689ac5b3e01e7f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
israil, israil hərbi hava qüvvələri, həmas, "hizbullah", "hizbullah" təşkilatı
israil, israil hərbi hava qüvvələri, həmas, "hizbullah", "hizbullah" təşkilatı
HƏMAS-ın terror hücumu nəticəsində ölən İsrail vətəndaşlarının sayı 1008 nəfərə çatıb
18:07 10.10.2023 (Yenilənib: 00:13 11.10.2023) Hücum nəticəsində yaralananların sayının isə 3418 nəfərə çatdığı qeyd olunub.
BAKI, 10 oktyabr - Sputnik. HƏMAS-ın hücumu nəticəsində ölən İsrail vətəndaşlarının sayı 1008 nəfərə çatıb.
Bu barədə İsrailin ABŞ-dəkı səfirliyi məlumat yayıb.
Hücum nəticəsində yaralananların sayının isə 3418 nəfərə çatdığı qeyd olunub.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
HƏMAS-ın İsrailə hücumu nəticəsində 900-dən çox adam həlak olub, daha 2 806 nəfər yaralanıb.
Bu barədə “The Times of İsrael” nəşri məlumat yayıb.
Qeyd olunub ki, onlardan 26-nın vəziyyəti çox ağır, 336 nəfərin ağır, 534 nəfərin vəziyyəti orta ağırdır. Daha 1479 nəfərin vəziyyəti isə yüngül qiymətləndirilir.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
İsraildə Fələstinin HƏMAS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 700-ə yüksəlib.
“Kan” dövlət teleradioşirkətinin yaydığı məlumata görə, hücum zamanı daha 2,2 mindən çox israilli xəsarət alıb.
Daha əvvəl 600 nəfərə yaxın insanın öldüyü, 2 minə yaxın sakinin yaralandığı bildirilirdi. İsrail rəsmiləri bu rəqəmlərin yekun olmadığını, ölənlərin sayının hələ də hesablandığını, onlarla yaralının vəziyyətinin ağır olduğunu, buna görə də qurbanların sayının artacağını bildirir.
İsraildə Fələstinin HƏMAS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 600-ə yüksəlib.
Bildirilib ki, indiyədək 2 048 nəfər yaralanıb.
İsraildə Fələstinin HƏMAS yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 400-ə yüksəlib.
Bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilib ki, indiyədək 2 048 nəfər yaralanıb. Xəstəxanaya yerləşdirilənlərdən 350-sinin vəziyyəti ağırdır.
İsraildə Fələstinin HƏMAS (Hərəkət əl-Müqavəmə Əl-İslamiyyə) terror təşkilatının hücumu nəticəsində azı 350 nəfər ölüb, 1 864 nəfər yaralanıb.
Bu barədə ölkənin Qızıl Qalxan Cəmiyyəti məlumat yayıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.
Hizbullah İsrail mövqelərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb
İranın himayə etdiyi Livanın Hizbullah qruplaşması İsrail Müdafiə Qüvvələrinin mövqelərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.
“Fələstin müqavimət qüvvələri ilə həmrəylik olaraq... bir qrup döyüşçümüz bu səhər işğal olunmuş Livanın Şebaa fermaları yaxınlığında sionist ordusunun üç mövqeyinə hücum edib” - RİA Novostinin təşkilata istinadla yaydığı bəyanatda deyilir.
Qrup nümayəndələri iddia edirlər ki, onlar İsrail ordusunun radar stansiyasını “birbaşa vura” biliblər.
Bundan əvvəl İsrail ordusu atəşə cavab olaraq Livanda bölgəyə zərbələr endirməyə başlayıb. Hizbullah Qəzza zolağında quru əməliyyatı olacağı təqdirdə İsrailə hücum etməyə hazır olduğunu bəyan edib.