https://sputnik.az/20231010/fhn-yaninda-ctimai-suranin-uzvleri-ile-gorus-kecirilib-459471642.html
FHN yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib
FHN yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib
Sputnik Azərbaycan
FHN Akademiyasında baş tutan görüşdə, əvvəlcə Şura üzvləri Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı... 10.10.2023, Sputnik Azərbaycan
2023-10-10T16:04+0400
2023-10-10T16:04+0400
2023-10-10T16:11+0400
fhn
azərbaycan xəbərləri
heydər əliyev mərkəzi
heydər əliyev
https://cdnn1.img.sputnik.az/img/42224/02/422240201_0:274:3073:2002_1920x0_80_0_0_66cc5082e4e2d29abc684b160d1c80c6.jpg
BAKI, 10 oktyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvləri ilə növbəti görüş keçirilib. Nazirlikdən verilən xəbərə görə, FHN Akademiyasında baş tutan görüşdə, əvvəlcə Şura üzvləri Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkib, tədris prosesi ilə maraqlanıb. Həmçinin ali təhsil müəssisəsinin 15 illik fəaliyyətini əks etdirən Muzeyə baxıblar. Sonra görüşdə çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev Şura üzvlərinə ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib və bildirib ki, Akademiya FHN üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev İctimai şuranın qurumun fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi üçün faydalı mexanizm olduğunu və fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar müvafiq rəy və təkliflərinin nəzərə alınacağını bildirib. İctimaiyyətlə səmərəli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edərək ona fəaliyyətində uğurlar arzulayıb. Daha sonra İctimai Şura üzvlərinə vəsiqələr təqdim edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42224/02/422240201_144:0:2875:2048_1920x0_80_0_0_07a31137c56ca5dbaccebd30f4ca3dab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fhn, heydər əliyev mərkəzi, heydər əliyev
fhn, heydər əliyev mərkəzi, heydər əliyev
FHN yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib
16:04 10.10.2023 (Yenilənib: 16:11 10.10.2023) FHN Akademiyasında baş tutan görüşdə, əvvəlcə Şura üzvləri Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkib, tədris prosesi ilə maraqlanıb.
BAKI, 10 oktyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvləri ilə növbəti görüş keçirilib.
Nazirlikdən verilən xəbərə görə, FHN Akademiyasında baş tutan görüşdə, əvvəlcə Şura üzvləri Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkib, tədris prosesi ilə maraqlanıb. Həmçinin ali təhsil müəssisəsinin 15 illik fəaliyyətini əks etdirən Muzeyə baxıblar.
Sonra görüşdə çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev Şura üzvlərinə ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib və bildirib ki, Akademiya FHN üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir.
Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev İctimai şuranın qurumun fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi üçün faydalı mexanizm olduğunu və fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar müvafiq rəy və təkliflərinin nəzərə alınacağını bildirib. İctimaiyyətlə səmərəli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edərək ona fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra İctimai Şura üzvlərinə vəsiqələr təqdim edilib.