NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Yaxın Şərqdə baş verənlər nefti bahalaşdırır

© AP Photo / Tony GutierrezNeft quyusu, arxiv
Neft quyusu, arxiv - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Abunə olmaq
Analitiklərin fikrincə, Yaxın Şərqdə artan geosiyasi risklər neft qiymətlərini dəstəkləyir və daha yüksək volatillik mümkündür.
BAKI, 9 oktyabr — Sputnik. Yaxın Şərqdə baş verənlər tədarüklə bağlı narahatlıqları artırdığı üçün nefti qiymətləri yüksəlir.
"Brent" nefti 3,10 dollar bahalaşaraq 87,68 dollara, ABŞ-nin Qərbi Texas ("WTI") nefti isə 3,26 dollar artaraq 86,05 dollara çatıb.
Analitiklərin fikrincə, Yaxın Şərqdə artan geosiyasi risklər neft qiymətlərini dəstəkləyir və daha yüksək volatillik mümkündür.
Qeyd edək ki, keçən həftə ABŞ Mərkəzi Bankının yüksək faiz dərəcələri və onların qlobal tələbata təsiri ilə bağlı narahatlıqlar fonunda "Brent" nefti 11 faiz və "WTI" nefti 8 faizdən çox ucuzlaşıb.
Xatırladaq ki, keçən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,25 dollar azalaraq 91,23 dollar təşkil edib.
Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib. Bu xəbərdarlıqlar neft qiymətlərinin son artımında mühüm rol oynayıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0