CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şeyxülislam Qazaxıstana səfərə yola düşüb

© Sputnik / Murad OrujovŞəhidlərimizin xatirəsi dini məbədlərdə yad edilir
Şəhidlərimizin xatirəsi dini məbədlərdə yad edilir  - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Abunə olmaq
Şeyxülislam A. Paşazadənin səfər çərçivəsində qardaş ölkənin yüksək məqam sahibləri, ölkənin dini lideri və Qurultay Katibliyi üzvləri ilə görüşləri nəzərdə tutulub.
BAKI, 9 oktyabr — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 9-da Qazaxıstana səfərə yola düşüb. Bu barədə idarədən məlumat verilib.
Bildirilib ki, Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin dəvəti ilə baş tutan səfərdə məqsəd oktyabrın 11-də paytaxt Astana şəhərində keçiriləcək Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXI sessiyasında iştirak etməkdir.
Dinlərarası dialoq müstəvisində 20 ildən artıq tarixə malik nüfuzlu beynəlxalq platforma olan Dünya və ənənəvi din liderlərinin mütəmadi qurultaylarının daimi iştirakçısı və Qurultay Katibliyinin üzvü olaraq Şeyxülislam A.Paşazadənin 9-12 oktyabr tarixlərində Qazaxıstan paytaxtına həyata keçirəcəyi səfər çərçivəsində qardaş ölkənin yüksək məqam sahibləri, ölkənin dini lideri və Qurultay Katibliyi üzvləri ilə görüşləri nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0