CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

© Sputnik / Murad OrujovBakıda yağışlı hava
Bakıda yağışlı hava - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Abunə olmaq
Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
BAKI, 9 oktyabr — Sputnik. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli hava şəraiti oktyabrın 11-i gündüzədək davam edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd edilib. Bildirilib ki, oktyabrın 9-u günün ikinci yarısından 11-i axşamadək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 9-u saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, cənub-qərb küləyi bəzi yerlərdə arabir güclənib. Küləyin maksimal sürəti arabir Daşkəsəndə 23, Mingəçevirdə 20, Qobustanda 19, Gədəbəydə 16, Bakıda və Abşeron yarımadasında isə 22 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb. Havanın temperaturu oktyabrın 8-də Bakıda iqlim normasından 4.0 dərəcə yuxarı olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 28 dərəcəyədək, Naxçıvan MR-da 28 dərəcəyədək, Aran rayonlarında 28 dərəcəyədək, dağlıq rayonlarda 23 dərəcəyədək isti olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0