CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident bu yolun tikintisi üçün Sərəncam imzaladı

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Abunə olmaq
Min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,8 milyon manat ayrılıb.
BAKI, 9 oktyabr — Sputnik. Prezident İlham Əliyev Siyəzən rayonunun Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, bir min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.9-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,8 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0