Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Politoloq Fransanın Cənubi Qafqazdakı əsas geosiyasi məqsədlərini açıqlayıb

Abunə olmaq
Azərbaycan Prezidenti İlham Əliyev Aİ, Fransa və Almaniya liderlərinin iştirakı ilə Nikol Paşinyanla görüşün keçiriləcəyi İspaniyaya getməkdən imtina edib. İmtina səbəbləri haqqında daha ətraflı videomuzda izləyə bilərsiniz.
Qranadada görüş əvvəlcədən planlaşdırılsa da, Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirməsindən sonra özünü açıq şəkildə büruzə verməyə başlayan Fransanın ədalətsiz mövqeyi səbəbindən bu görüş ləğv edilib.
Bunu politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a müsahibəsində deyib.
"Fransa xarici işlər nazirinin Azərbaycan əleyhinə açıqlamaları Parisin Ermənistanı silahlandırmaq niyyətində olduğunu göstərir. Bununla əlaqədar Fransanın İrəvandakı səfirliyinin hərbi attaşesi təyin edilib ki, bu da Azərbaycana qarşı revanşist əhval-ruhiyyəyə səbəb ola bilər", - deyə Hüseynov qeyd edib.
Politoloq vurğulayıb ki, Türkiyə prezidentinin görüşdə iştirak etməməsi həmçinin Fransa və Almaniyanın Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı qərəzli mövqeyindən xəbər verir.
O, Azərbaycan və Ermənistan liderləri arasında görüşlərin yaxın vaxtlarda keçirilə biləcəyini istisna etməyib, çünki Bakı İrəvanla sülh müqaviləsi imzalamaqdan imtina etmir.
"Region ölkələrinin - Rusiya, Azərbaycan, Türkiyə və Ermənistanın iştirakı ilə görüş də istisna edilmir. Lakin həm dünyada, həm də Cənubi Qafqaz regionunda gedən mürəkkəb geosiyasi proseslər belə bir görüşün baş tutma ehtimalını minimuma endirir", - deyə Hüseynov fikrini yekunlaşdırıb.
Xəbər lenti
0