Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva Fələstin beynəlxalq hüquq və ədalətə əsaslanan həllini dəstəkləyir - XİN

© Sputnik / Наталья СеливерстоваMoskvada Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin binası, arxiv
Moskvada Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin binası, arxiv - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Abunə olmaq
Rusiya XİN rəhbərinin müavini Fələstinin Moskvadakı səfirini qəbul edib.
BAKI, 9 oktyabr - Sputnik. Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Boqdanov və Fələstinin Moskvadakı səfiri Abdel Hafiz Nofəl Fələstin-İsrail münaqişəsini müzakirə ediblər. Bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilir ki, söhbət zamanı artıq çoxsaylı insan tələfatına, o cümlədən mülki əhali arasında itkilərə səbəb olmuş Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin dramatik inkişafı müzakirə edilib.

"Rusiya tərəfi vəziyyətin daha da nəzarətsiz gərginləşməsinin qarşısını almaq üçün erkən atəşkəsin və hər iki tərəfin maksimum təmkinli davranmasının vacibliyini vurğulayıb", - deyə məlumatda bildirilir.

Eyni zamanda, Moskvanın Fələstin probleminin tanınmış beynəlxalq hüquq əsasında ədalətli həllini dəstəkləyən daimi mövqeyi təsdiqlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 09.10.2023
RUSİYA
Lavrov: Qərbin Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyi suallar doğurur
Xəbər lenti
0