Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: Qərbin Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyi suallar doğurur

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Abunə olmaq
Rusiya xarici işlər naziri ümid edir ki, Qərb də hərbi əməliyyatların dayandırılmasına çağırış edəcək.
BAKI, 9 oktyabr — Sputnik. Moskva ümid edir ki, Qərb dövlətləri də Fələstin-İsrail münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılmasına çağırış edəcəklər, lakin indi onların mövqeyi ciddi suallar doğurur.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əhməd Əbu əl-Qeytlə danışıqların nəticələrinə əsasən deyib.
"Biz İsrailə qarşı hücumu qınayan qərbli həmkarlarımızın müvafiq açıqlamalarını eşitdik. Ümid edirik ki, onlar da hərbi əməliyyatların dayandırılmasına çağırış edəcəklər", - deyə Lavrov bildirib.
Lakin Lavrovun sözlərinə görə, hazırda Qərbin mövqeyi suallar doğurur.
"Onlar dərhal müharibəni dayandırmağı söyləyirlər, İsrail qalib gəlməli, terrorçuları məhv etməlidir və nöqtə", - deyə diplomat izah edib.
Bu yaxınlarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin region üçün çox böyük təhlükə olduğunu bildirib. Kremlin rəsmi nümayəndəsinin sözlərinə görə, Moskva İsrail ətrafındakı gərginlikdən son dərəcə narahatdır və hesab edir ki, vəziyyəti tez bir zamanda sülh yolu ilə həll etmək lazımdır.
İsrail və Fələstin arasında münaqişənin kəskinləşməsi haqqında
Oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda silahlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu müharibə hazırlığı vəziyyəti elan edib və tezliklə cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib. HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə fələstinli radikalların Qəzza yaxınlığında əməliyyatını İsrail hakimiyyətinin Qüdsün mərkəzində yerləşən Əl-Əqsa məscidinə qarşı təcavüzkar hərəkətlərinə reaksiya adlandırıb. İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin orduya çağırılmasını təsdiqləyib və bütün İsraildə xüsusi təhlükəsizlik vəziyyətinin tətbiq edilməsini əmr edib.
Son məlumatlara görə, münaqişənin gərginləşməsi nəticəsində 500-ə yaxın fələstinli həlak olub, daha 2,7 min nəfər yaralanıb. İsraildə isə 1000-dən çox insan həlak olub, 2,2 mindən çox insan yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0