DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin Fələstin-İsrail münaqişəsinin genişlənməsinə qarşıdır - Xarici İşlər Nazirliyi

© AP Photo / Liu ZhengMao Nin
Mao Nin - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Abunə olmaq
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib.
BAKI, 9 oktyabr — Sputnik. Çin Fələstin-İsrail münaqişəsinin genişlənməsinə qarşıdır və tezliklə atəşkəs və sülhün bərpasına ümid edir. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib.

"Çin Fələstin-İsrail münaqişəsinin son vaxtlar gərginləşməsindən son dərəcə narahatdır və mülki vətəndaşların tələfatına görə kədərlənir, Pekin isə mülki şəxslərə zərər verən hərəkətlərə qarşı çıxır və bunu pisləyir", - diplomat bildirib.

O vurğulayıb ki, Çin münaqişənin genişlənməsinə səbəb olan və regional sabitliyə xələl gətirən hərəkətlərə qarşıdır və tezliklə atəşkəsə, hərbi əməliyyatların dayandırılmasına və sülhün bərpasına ümid edir".
Oktyabrın 7-də səhər İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. İsrail ordusunun mətbuat xidməti 3 mindən çox raket atıldığını bildirib. Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olublar.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı "Əl-Əqsa tufanı" əməliyyatını elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib. İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatların geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini bildirib. İsrail hərbçiləri əraziləri təmizləyir.
"i24 News" kanalı bildirib ki, İsrail-Fələstin münaqişəsinin kəskinləşməsi nəticəsində İsrail sakinlərinin ölənlərin sayı 700 nəfəri keçib. Fələstin Səhiyyə Nazirliyinin son məlumatlarına görə, İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 430-u keçib, 2300 nəfər yaralanıb.
Əl-Qəssam Briqadaları (HƏMAS-ın hərbi qanadı) onlarla İsrail əsgər və zabitini əsir götürdüklərini bildiriblər. HƏMAS Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk daha sonra bildirib ki, 100-dən çox İsrail vətəndaşı, o cümlədən yüksək rütbəli hərbçilər Qəzza zolağında əsir götürülüb və saxlanılıb.
Rusiya İsrail və Fələstini atəşi dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırır. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Boqdanov RİA Novosti-yə bildirib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının qapalı iclasında o, döyüşləri dərhal dayandırmağa və substantiv danışıqlara keçməyə çağırıb.
Tərəflərin ərazi iddiaları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən edib, lakin yalnız İsrail dövləti yaradılıb. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etsə də, Fələstin torpaqlarını tam azad etməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0