https://sputnik.az/20231009/baki-ve-moskva-simal-cenub-neqliyyat-dehlizinin-reallasdirilmasini-muzakire-edibler-459431754.html
Bakı və Moskva Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılmasını müzakirə ediblər
Bakı və Moskva Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılmasını müzakirə ediblər
Sputnik Azərbaycan
Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri nəqliyyat və logistika sahəsində əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər. 09.10.2023, Sputnik Azərbaycan
2023-10-09T17:06+0400
2023-10-09T17:06+0400
2023-10-09T17:06+0400
nəqliyyat
iqtisadiyyat
rusiya
azərbaycan
şimal-cənub tranzit dəhlizi
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/09/459418078_0:0:1200:676_1920x0_80_0_0_34c99518ab5c810220c15314152ed11e.jpg
BAKI, 9 oktyabr — Sputnik. Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri Şahin Mustafayev və Andrey Belousov bazar ertəsi Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsini müzakirə ediblər. Bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat yayıb. Məlumata görə, tərəflər nəqliyyat-logistika sektorunda əməkdaşlığın perspektivlərini, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsini və gəmiqayırma sahəsində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin (BND) imkanlarının genişləndirilməsi çərçivəsində Rusiya Federasiyası, Azərbaycan və İran dəmir yolunun çatışmayan hissəsinin tikintisini başa çatdırırlar. Belə ki, bu ilin may ayında Rusiya və İran arasında Rəşt-Astara dəmir yolunun yaradılması üçün layihələndirmə, tikinti və malların və xidmətlərin çatdırılmasının maliyyələşdirilməsi üzrə əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəd, mərasimə videobağlantı vasitəsilə qatılan dövlət başçıları - İran lideri İbrahim Rəisi və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə imzalanıb. Həmçinin bildirilib ki, Rusiya bu tikinti üçün 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayıracaq. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Rəşt-Astara hissəsinin dəmir yolu hissəsinin tikintisinin 2028-ci ilə qədər başa çatdırılması nəzərdə tutulub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/09/459418078_52:0:1119:800_1920x0_80_0_0_61857f9fe98021d44a9fd2191bca0794.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nəqliyyat, rusiya, azərbaycan, şimal-cənub tranzit dəhlizi
nəqliyyat, rusiya, azərbaycan, şimal-cənub tranzit dəhlizi
Bakı və Moskva Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılmasını müzakirə ediblər
Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri nəqliyyat və logistika sahəsində əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər.
BAKI, 9 oktyabr — Sputnik. Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri Şahin Mustafayev və Andrey Belousov bazar ertəsi Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsini müzakirə ediblər. Bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat yayıb.
Məlumata görə, tərəflər nəqliyyat-logistika sektorunda əməkdaşlığın perspektivlərini, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsini və gəmiqayırma sahəsində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.
Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin (BND) imkanlarının genişləndirilməsi çərçivəsində Rusiya Federasiyası, Azərbaycan və İran dəmir yolunun çatışmayan hissəsinin tikintisini başa çatdırırlar. Belə ki, bu ilin may ayında Rusiya və İran arasında Rəşt-Astara dəmir yolunun yaradılması üçün layihələndirmə, tikinti və malların və xidmətlərin çatdırılmasının maliyyələşdirilməsi üzrə əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəd, mərasimə videobağlantı vasitəsilə qatılan dövlət başçıları - İran lideri İbrahim Rəisi və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə imzalanıb.
Həmçinin bildirilib ki, Rusiya bu tikinti üçün 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayıracaq. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur.
Rəşt-Astara hissəsinin dəmir yolu hissəsinin tikintisinin 2028-ci ilə qədər başa çatdırılması nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.