BAKI, 9 oktyabr — Sputnik. Bakı sakinləri HƏMAS-ın raket atəşi nəticəsində qohumlarını və yaxınlarını itirmiş bu ölkənin vətəndaşları ilə həmrəylik əlaməti olaraq İsrail səfirliyinin binasının önünə güllər və uşaq oyuncaqları gətirirlər. Bakı sakinləri bu dəhşətli faciədə həlak olanlarla bağlı İsrail xalqının kədərini bölüşürlər. İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan xalqına həmrəylik və dəstəyə görə təşəkkür edib. Xatırladaq ki, Fələstinin HƏMAS hərəkatının hərbi qanadı şənbə günü İsrailə qarşı "Əl-Əqsa tufanı" əməliyyatının həyata keçiriləcəyini elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir qılınclar" əməliyyatına başladığını elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatların geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini qeyd edib. İsrail hərbçiləri yaşayış məntəqələrini təmizləyirlər. Son məlumatlara görə, münaqişənin gərginləşməsi nəticəsində 400-dən çox fələstinli həlak olub, daha 2,3 min nəfər yaralanıb. İsraildə isə 700-dən çox insan həlak olub, 2,2 mindən çox insan yaralanıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan paytaxtının sakinləri HƏMAS-ın hücumları nəticəsində həlak olan İsrail xalqının kədərini bölüşürlər.
BAKI, 9 oktyabr — Sputnik. Bakı sakinləri HƏMAS-ın raket atəşi nəticəsində qohumlarını və yaxınlarını itirmiş bu ölkənin vətəndaşları ilə həmrəylik əlaməti olaraq İsrail səfirliyinin binasının önünə güllər və uşaq oyuncaqları gətirirlər.
Bakı sakinləri bu dəhşətli faciədə həlak olanlarla bağlı İsrail xalqının kədərini bölüşürlər.
İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan xalqına həmrəylik və dəstəyə görə təşəkkür edib.
"Səmimi dostluq jestinə görə Azərbaycan xalqına təşəkkür edirəm. Dəstək mesajları, səfirliyin qapısına qoyulan güllər, sosial şəbəkələrdə yazılanlar - bütün bunlar tariximizin bu çətin dövründə bizə güc verir", - deyə səfir X sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, Fələstinin HƏMAS hərəkatının hərbi qanadı şənbə günü İsrailə qarşı "Əl-Əqsa tufanı" əməliyyatının həyata keçiriləcəyini elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir qılınclar" əməliyyatına başladığını elan edib.
İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatların geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini qeyd edib. İsrail hərbçiləri yaşayış məntəqələrini təmizləyirlər.
Son məlumatlara görə, münaqişənin gərginləşməsi nəticəsində 400-dən çox fələstinli həlak olub, daha 2,3 min nəfər yaralanıb. İsraildə isə 700-dən çox insan həlak olub, 2,2 mindən çox insan yaralanıb.