Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan yaxın 10 ildə içməli su ilə bağlı sıxıntı yaşamayacaq - Vüqar Kərimov

© AR Ministry of Ecology and Natural ResourcesVüqar Kərimov, arxiv şəkli
Vüqar Kərimov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Abunə olmaq
Nazir müavini söyləyib ki, əsasən içməli suyun nəql olunması transferində böyük itkilərimiz mövcuddur.
BAKI, 9 oktyabr — Sputnik. "Azsulu ölkə olmağımıza baxmayaraq, Azərbaycan yaxın 10 ildə içməli su ilə bağlı sıxıntı yaşamayacaq. Bunun üçün əsas şərt sudan səmərəli və qənaətlə istifadə etməkdir".
Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O qeyd edib ki, hazırda Azərbaycanda içməli və suvarma sularında böyük itkilər var:

"Gürcüstanda da məsələlər eyni formadadır. Orada da içməli və suvarma suları ilə bağlı itkilərin həcmi böyükdür. Əsasən içməli suyun nəql olunması transferində böyük itkilərimiz mövcuddur. Növbəti dövrlərdə iki ölkə arasında suyun keyfiyyəti və həcmindən başlamış, qənaətli istifadəsinə qədər müxtəlif layihələrin birgə həyata keçirilməsi müzakirə olunacaq".

Nazir müavini söyləyib ki, Azərbaycanın su ehtiyatları həm də qonşu ölkələrlə bağlıdır:
"Belə olanda da bu cür məsələləri sıx əməkdaşlıq, dost və qonşuluq münasibətləri kontekstində həll edə bilirik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0