https://sputnik.az/20231009/azal-sernisinler-sraile-ve-eks-istiqamete-ucus-biletlerini-bu-tarixedek-qaytara-biler-459431896.html
AZAL: "Sərnişinlər İsrailə və əks istiqamətə uçuş biletlərini bu tarixədək qaytara bilər"
AZAL: "Sərnişinlər İsrailə və əks istiqamətə uçuş biletlərini bu tarixədək qaytara bilər"
Sputnik Azərbaycan
Aviaşirkət bu çətin vəziyyətdə sərnişinlərin çevik şəraitlə təmin olunması üçün tədbirlər görür. 09.10.2023, Sputnik Azərbaycan
2023-10-09T16:54+0400
2023-10-09T16:54+0400
2023-10-09T16:54+0400
azal
cəmiyyət
israil
təl-əviv
bilet
https://cdnn1.img.sputnik.az/img/07e5/04/14/426746083_0:236:2004:1363_1920x0_80_0_0_8f9ff0bdc0dea149050c9801cd6c9ebf.jpg
BAKI, 9 oktyabr — Sputnik. İsraildə yaranmış fövqəladə vəziyyətlə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu ölkəyə və əks istiqamətdə reyslərlə bağlı xidmətlərindən istifadə edə bilməyən sərnişinlərə cəriməsiz biletin qiymətini tam şəkildə geri qaytarmağa və ya pulsuz yenidən rezervasiyasına icazə verilir. Bu barədə AZAL-a istinadən xəbər verir. Bildirilib ki, AZAL-ın sərnişinlərinə Təl-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanına və əks istiqamətə 7 oktyabr daxil olmaqla, uçuş tarixi oktyabrın 8-dən noyabrın 1-dək olan aviabiletləri noyabrın 30-dək (bu tarix daxil olmaqla), hər hansı digər tarixlər üçün "involuntary" və ya yenidən rəsmiləşdirmə prosedurları əsasında geri qaytarılmasına icazə verilir. Oktyabrın 7-də səhər İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. İsrail ordusunun mətbuat xidməti 3 mindən çox raket atıldığını bildirib. Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olublar. Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı "Əl-Əqsa tufanı" əməliyyatını elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib. İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatların geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini bildirib. İsrail hərbçiləri əraziləri təmizləyir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
təl-əviv
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/14/426746083_156:0:2004:1386_1920x0_80_0_0_7d4125def9c577e97c29a99fa488f5c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azal, israil, təl-əviv, bilet
azal, israil, təl-əviv, bilet
AZAL: "Sərnişinlər İsrailə və əks istiqamətə uçuş biletlərini bu tarixədək qaytara bilər"
Aviaşirkət bu çətin vəziyyətdə sərnişinlərin çevik şəraitlə təmin olunması üçün tədbirlər görür.
BAKI, 9 oktyabr — Sputnik. İsraildə yaranmış fövqəladə vəziyyətlə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu ölkəyə və əks istiqamətdə reyslərlə bağlı xidmətlərindən istifadə edə bilməyən sərnişinlərə cəriməsiz biletin qiymətini tam şəkildə geri qaytarmağa və ya pulsuz yenidən rezervasiyasına icazə verilir.
Bu barədə AZAL-a istinadən xəbər verir.
Bildirilib ki, AZAL-ın sərnişinlərinə Təl-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanına və əks istiqamətə 7 oktyabr daxil olmaqla, uçuş tarixi oktyabrın 8-dən noyabrın 1-dək olan aviabiletləri noyabrın 30-dək (bu tarix daxil olmaqla), hər hansı digər tarixlər üçün "involuntary" və ya yenidən rəsmiləşdirmə prosedurları əsasında geri qaytarılmasına icazə verilir.
"Aviaşirkət bu çətin vəziyyətdə sərnişinlərin çevik şəraitlə təmin olunması üçün tədbirlər görür. Uçuş cədvəlində dəyişiklik və ya yenilik olarsa, bu barədə "Azərbaycan Hava Yolları"nın sərnişinləri operativ şəkildə məlumatlandırılacaq. Daha ətraflı məlumat üçün "Azərbaycan Hava Yolları" QSC-nin "callcenter@azal.az" çağrı mərkəzinə müraciət etmək tövsiyə olunur", - məlumatda qeyd edilib.
Oktyabrın 7-də səhər İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. İsrail ordusunun mətbuat xidməti 3 mindən çox raket atıldığını bildirib. Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olublar.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı "Əl-Əqsa tufanı" əməliyyatını elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib. İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatların geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini bildirib. İsrail hərbçiləri əraziləri təmizləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.