https://sputnik.az/20231009/459442240.html
Samirə Əfəndi İsraildə başına gələnlər barədə bunları dedi
Samirə Əfəndi İsraildə başına gələnlər barədə bunları dedi
Sputnik Azərbaycan
Avroviziya təmsilçimiz Tel-Əvivdə olarkən keçirdiyi həyəcanı uzun müddət unutmayacağını dilə gətirib. 09.10.2023, Sputnik Azərbaycan
2023-10-09T20:15+0400
2023-10-09T20:15+0400
2023-10-09T22:22+0400
cəmiyyət
samirə efendi
"avroviziya" mahnı müsabiqəsi
təl-əviv
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/09/459441801_0:0:1280:721_1920x0_80_0_0_d1f00ff0ff59ff4761e180a928c72926.jpg
BAKI, 9 oktyabr - Sputnik. "Tel-Əvivdə olan zaman Azərbaycan diaspor və səfirlik nümayəndələri mütəmadi olaraq bizimlə əlaqə saxlayırdı". Bunu İsraildən İsraildən Azərbaycana qayıdan müğənni Samirə Əfəndi jurnalistlərə açıqlamasında deyib.Müğənni Tel-Əvivdə olarkən keçirdiyi həyəcanı uzun müddət unutmayacağını deyib:"Səhər saat 5-də raket səsinə oyandıq. Şəhərdə həyəcan siqnalı səslənməyə başladı. Həmin an telefonlarımıza mesaj gəldi. Bizə 10 dəqiqə ərzində hotelin zirzəmisinə düşməyimiz bildirildi, biz də düşdük", - deyə müğənni bildirib. Onun sözlərinə görə, Azərbaycanın diaspor və səfirlik nümayəndələri hoteli tərk etməməyimizi məsləhət bildilər.Xatırladaq ki, İsraildə konsert proqramı ilə çıxış edən Avroviziya təmsilçimiz və ailəsi HƏMAS-ın İsrailə raket zərbələri endirməsindən sonra sığınacağa yerləşdirilmişdi.Qeyd edək ki, İranın himayə etdiyi Livanın Hizbullah qruplaşması İsrail Müdafiə Qüvvələrinin mövqelərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.Bundan əvvəl İsrail ordusu atəşə cavab olaraq Livanda bölgəyə zərbələr endirməyə başlayıb. Hizbullah təşkilatı Qəzza zolağında quru əməliyyatı olacağı təqdirdə İsrailə hücum etməyə hazır olduğunu bəyan edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
təl-əviv
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/09/459441801_0:0:1280:960_1920x0_80_0_0_b146cfbb4e3c4283173a0715a5762007.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
samirə efendi, "avroviziya" mahnı müsabiqəsi, təl-əviv
samirə efendi, "avroviziya" mahnı müsabiqəsi, təl-əviv
Samirə Əfəndi İsraildə başına gələnlər barədə bunları dedi
20:15 09.10.2023 (Yenilənib: 22:22 09.10.2023) Avroviziya təmsilçimiz Tel-Əvivdə olarkən keçirdiyi həyəcanı uzun müddət unutmayacağını dilə gətirib.
BAKI, 9 oktyabr - Sputnik. "Tel-Əvivdə olan zaman Azərbaycan diaspor və səfirlik nümayəndələri mütəmadi olaraq bizimlə əlaqə saxlayırdı". Bunu İsraildən İsraildən Azərbaycana qayıdan müğənni Samirə Əfəndi jurnalistlərə açıqlamasında deyib.
Müğənni Tel-Əvivdə olarkən keçirdiyi həyəcanı uzun müddət unutmayacağını deyib:
"Səhər saat 5-də raket səsinə oyandıq. Şəhərdə həyəcan siqnalı səslənməyə başladı. Həmin an telefonlarımıza mesaj gəldi. Bizə 10 dəqiqə ərzində hotelin zirzəmisinə düşməyimiz bildirildi, biz də düşdük", - deyə müğənni bildirib.
Onun sözlərinə görə, Azərbaycanın diaspor və səfirlik nümayəndələri hoteli tərk etməməyimizi məsləhət bildilər.
"Çox çətin anlar yaşadıq. Amma çox şükür ki, artıq Vətəndəyik. Bizimlə maraqlanan hər kəsə təşəkkür edirəm", - deyə, müğənni bildirib.
Xatırladaq ki, İsraildə konsert proqramı ilə çıxış edən Avroviziya təmsilçimiz və ailəsi HƏMAS-ın İsrailə raket zərbələri endirməsindən sonra sığınacağa yerləşdirilmişdi.
Qeyd edək ki, İranın himayə etdiyi Livanın Hizbullah qruplaşması İsrail Müdafiə Qüvvələrinin mövqelərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.
Bundan əvvəl İsrail ordusu atəşə cavab olaraq Livanda bölgəyə zərbələr endirməyə başlayıb. Hizbullah təşkilatı Qəzza zolağında quru əməliyyatı olacağı təqdirdə İsrailə hücum etməyə hazır olduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.