DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenskinin ABŞ-dakı siyasi uğursuzluğu tarix kitablarına düşəcək

© AP Photo / Stephanie ScarbroughUkrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.10.2023
Abunə olmaq
Amerika cəmiyyəti, o cümlədən ən "mübariz" hökumət rəsmiləri də başa düşməyə başlayıblar ki, Ukraynanın strateji məqsədinə çatmağa qadir olduğuna inanmaq üçün heç bir real əsas yoxdur.
BAKI, 8 oktyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri siyasi uğursuzluq kimi tarix kitablarına düşəcək.
"UnHerd"in şərhçisi köşə yazarı Tomas Fatsi öz məqaləsində bu barədə yazıb.
"Əgər biz beynəlxalq diplomatiyanın möhtəşəm aktlarından danışsaq, Vladimir Zelenskinin Vaşinqtona son səfəri mütləq tarix kitablarına düşəcək, ancaq mənfi mənada", - deyə o qeyd edib.
Fatsinin sözlərinə görə, Ukrayna prezidenti Vaşinqtonda çox soyuq qarşılanıb. Onun ABŞ Konqresinin sessiyasında çıxışına imkan verilməyib. Bundan əlavə, Konqresin özü Ukraynanın hər hansı əlavə maliyyələşdirilməsini qəbul edilmiş fövqəladə xərclər haqqında qanun layihəsindən xaric etmək qərarına gəlib.
Publisist əlavə olaraq qeyd edib ki, Amerika cəmiyyəti, o cümlədən ən "mübariz" hökumət rəsmiləri də başa düşməyə başlayıblar ki, Ukraynanın strateji məqsədinə çatmağa qadir olduğuna inanmaq üçün heç bir real əsas yoxdur.
"Bu dəyişiklik əsasən Ukraynanın səbirsizliklə gözlənilən əks-hücumunun uğursuzluğu nəticəsində baş verib. Bəlkə də əks-hücumun ən böyük faciəsi ondadır ki, onun çatışmazlıqları tamamilə proqnozlaşdırıla bilərdi", - məqalədə belə deyilir.
Fatsi yazıb ki, lehinə aşkar arqumentlərə baxmayaraq, Qərb çətin ki, diplomatik həllin zəruriliyini dərk etsin. Müəllifin fikrincə, Vaşinqtonda hələ də münaqişənin nəyin bahasına olursa olsun davam etməsini istəyənlər var.
Bundan əvvəl hərbi analitik Şon Bell "Sky News"a yazdığı məqalədə Vladimir Zelenskinin Qərb müttəfiqlərindən kifayət qədər maliyyə ala bilmədiyini, ona görə də Rusiyaya güzəştə getməyə məcbur olacağını bildirmişdi.
Xəbər lenti
0