Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

"Xəzri-2023" birgə taktiki təlimi başa çatıb

Xəzri-2023 - Sputnik Azərbaycan, 1920, 08.10.2023
Abunə olmaq
Xəzər dənizinin Azərbaycana məxsus ərazi sularında oktyabrın 2-dən başlayan "Xəzri-2023" birgə taktiki təlimində İran İslam Respublikasının HDQ-nin nümayəndə heyəti də müşahidəçi qismində iştirak edib.
BAKI, 8 oktyabr — Sputnik. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən "Xəzri-2023" birgə taktiki təlimi başa çatıb.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Oktyabrın 8-də Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov, Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin HDQ komandanı kontr-admiral Saken Bekjanov, hər iki ölkənin təlimdə iştirak edən hərbi qulluqçuları və media nümayəndələrinin iştirakı ilə təntənəli bağlanış mərasimi keçirilib.
Tədbirdə çıxış edənlər təlimdə qarşıya qoyulan bütün tapşırıqların uğurla icra edildiyini bildirib və iştirakçılara gələcək xidmətlərində uğurlar arzulayıblar. Qeyd edilib ki, keçirilən birgə taktiki təlim qarşılıqlı təcrübə mübadiləsində, eləcə də hər iki ölkənin hərbi qulluqçularının peşəkarlığının artırılmasında xüsusi əhəmiyyətə malikdir.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycana məxsus ərazi sularında oktyabrın 2-dən başlayan "Xəzri-2023" birgə taktiki təlimində İran İslam Respublikasının HDQ-nin nümayəndə heyəti də müşahidəçi qismində iştirak edib.
04.10.23, 17:12
"Xəzri-2023" birgə taktiki təlimi davam edir - VİDEO
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən "Xəzri-2023" birgə taktiki təlimi davam edir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, plana uyğun olaraq hərbi gəmilərin təlim rayonlarında digər qoşun növləri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları məşq etdirilib.
"Xəzri-2023" birgə taktiki təlimində hər iki ölkənin hərbi dənizçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.
Qeyd edək ki, oktyabrın 8-dək davam edəcək təlimdə İran İslam Respublikasının HDQ-nin nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.
03.10.23, 20:10
"Xəzri-2023" birgə taktiki təliminin məşqləri icra olunub
Azərbaycan və Qazaxıstanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən "Xəzri-2023" birgə taktiki təlimi davam edir.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, əvvəlcə təlimin planına uyğun olaraq keçirilən brifinqdə iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar, onların icra ardıcıllığı və digər zəruri məlumatlar verilib.
Sonra hər iki ölkənin HDQ-nin şəxsi heyəti və gəmiləri ilə müxtəlif epizodlar üzrə tapşırıqlar məşq etdirilib, həmçinin onlar arasında döyüş uzlaşması həyata keçirilib.
Qeyd edək ki, təlim məşqlərinə cəlb olunan heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.
Xəbər lenti
0