Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Paşinyanın Qranadadakı imzası sülh sazişinin bağlanmasını sürətləndirəcəkmi?

© Sputnik / Рамиль СитдиковNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 08.10.2023
Abunə olmaq
Millət vəkili qeyd edib ki, Paşinyanın Azərbaycanın ərazi ölçülərini dəqiqliklə ifadə etməsi yeni hadisə deyil, ancaq ilk dəfədir, o bu barədə hansısa sənədə qol çəkib.
BAKI, 8 oktyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Qranadada (İspaniya) Avropa siyasi birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa liderləri ilə görüşdə Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyan bəyanat imzalayıb. Bura Qarabağ da daxildir. Bəyanatın mətni Aİ Şurası tərəfindən yayılıb.
Xatırladaq ki, Ermənistan Baş naziri əvvəllərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi.
Bəs Paşinyanın bu açıqlaması yaxın avxtlarda sülh sazişinin imzalanacağına dəlalət edirmi?
Mövzu ilə millət vəkili Elman Nəsirov Sputnik Azərbaycan-a fikirlərini bölüşüb.
Millət vəkili qeyd edib ki, Paşinyanın Azərbaycanın ərazi ölçülərini dəqiqliklə ifadə etməsi yeni hadisə deyil, ancaq ilk dəfədir, o bu barədə hansısa sənədə qol çəkib:
"Ermənistan Baş naziri ötən ilki Praqa görüşündə bunu etiraf etsə də, Brüssel görüşündə hansısa sənədi imzalamaqdan yayınırdı. Hazırkı şəraitdə görünən odur ki, Ermənistanın mövqeyi hüquqi cəhətdən bəllidir. Hesab edirəm ki, bu reallıq Brüsseldə oktyabrda nəzərdə tutulmuş görüşündə nəticəyönümlü müzakirələrin və ciddi addımların atılacağını proqnozlaşdırmaq olar. Artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı məsələlərdə 70 fazilik bir razılaşmanın olduğu bəlli idi. Qalan hissənin raızlaşdırılması üçün də unikal imkanlar yaranıb. Hesab edirəm ki, artıq bu ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkün ola bilər. Çünki istənilən halda Ermənistanın növbəti manipulyasiyaları ilə üz-üzə qal bilərik. Hər halda proseslərin gedişatı onu göstərir ki, bu gün heç vaxt olmadığı qədər münbit şərait yetişib".
Millət vəkili Qərbin, xüsusən də Fransanın sülh prosesini poza bilmək ehtimallarını da şərh edib və qeyd edib ki, Fransa bu proseslərdə iflasa uğrayıb:
"Makronun təşəbbüsləri nəticələr vermir. Makron dərk edir ki, qatar gedib. Azərbaycan ordusu həlledici addımları atıb. Qarabağ tam Azərbaycanın nəzarətindədir. Belə olan vəziyyətdə hadisələrin inkişaf xəttini dəyişmək, prosesləri tərsinə çevirmək qeyri-realdır. Bundan sonr aprosesləri pzomağa yönəlmiş addımlar heç bir nəticə verməyəcək. bu baxımdan hesab edirəm ki, Fransa prezidenti də artıq bunu dərk edir. Onun İspaniyada nümayiş etdirdiyi mövqe də onu göstərir ki, Makron mövcud reallığı qəbul etmək məcburiyyətindədir".
Xəbər lenti
0