DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kiyevin gələcəyi ABŞ Nümayəndələr Palatası spikerinin seçkilərindən asılıdır

© AFP 2024 / GENYA SAVILOVUkrayna bayrağı
Ukrayna bayrağı - Sputnik Azərbaycan, 1920, 08.10.2023
Abunə olmaq
Uotson qeyd edib ki, Ukrayna tərəfinə yardımın davam etdirilməsi məsələsi getdikcə mübahisəli xarakter alır.
BAKI, 8 oktyabr — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatası spikerinin seçkilərinin nəticələri Ukrayna üçün ciddi təhlükə yaradır.
Bunu “CBS News”un şərhçisi Ketrin Uotson bildirib.
O, eks-spiker Kevin Makkartinin varisinin seçilməsinin Ukraynaya göstərilən yardıma böyük təsir göstərəcəyi qənaətində olduğunu bildirib.
"Nümayəndələr Palatasında Respublikaçılar növbəti spikerin kimin olacağını müzakirə etdikləri üçün Ukraynaya yardımın gələcəyi tükdən asılıdır", - deyə o, sözünə davam edib.
Uotson qeyd edib ki, Ukrayna tərəfinə yardımın davam etdirilməsi məsələsi getdikcə mübahisəli xarakter alır.
Şərhçi vurğulayıb ki, Respublikaçılar Partiyasının nümayəndələri arasında Kiyevə dəstəyin azalması Amerika cəmiyyətindəki əhval-ruhiyyəni əks etdirir.
Daha əvvəl “Business Insider” xəbər vermişdi ki, ABŞ Konqresində spiker dəyişikliyi Ukraynaya yardımı “dəfn edə” bilər.
Xəbər lenti
0