DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 2 000-i ötüb

© AFP 2023 / NICOLAS ASFOURISeysmoqraf
Seysmoqraf - Sputnik Azərbaycan, 1920, 08.10.2023
Abunə olmaq
Şənbə günü Əfqanıstanın Herat əyalətində güclü zəlzələ baş verib. “Taliban” hökumətinin nümayəndəsinin dediyinə görə, yeraltı təkanlar nəticəsində 6 kənd tamamilə dağılıb.
BAKI, 8 oktyabr - Sputnik. Əfqanıstanın qərbində baş verən zəlzələ və afteşoklar nəticəsində ölənlərin sayı 2 000-i ötüb, 9 000-dən çox insan yaralanıb.
Bu barədə “Taliban” hökumətinin Təbii Fəlakətlə Mübarizə Nazirliyi bildirib.
Agentlik qeyd edib ki, təbiət hadisəsində 2 053 nəfər ölüb, 9 240 nəfər yaralanıb. Bundan başqa, 1 329 ev dağılıb.
Eyni zamanda, “Taliban” hökumətinin İnformasiya və Mədəniyyət Nazirliyinin nümayəndəsi Abdulla Vahid Rayanın dediyinə görə, yeraltı təkanlar nəticəsində 6 kənd tamamilə dağılıb.
***
Əfqanıstanın qərbində baş verən zəlzələ və afteşoklar nəticəsində ölənlərin sayı 2 000-i ötüb.
Bu barədə “Taliban” hökumətinin nümayəndəsi bildirib.
Xatırladaq ki, daha öncə “Taliban” hökumətinin nümayəndəsinin müavini Bilal Kərimi AFP-yə ölənlərin sayının mini ötdüyünü açıqlamışdı.
***
Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 1 000-i ötüb.
Bu barədə xarici KİV-lərə “Taliban” hökumətinin nümayəndəsi Bilal Kərimi istinadən bildirib.
“Təəssüf ki, qurbanların sayı böyükdür... Ölənlər 1 000-dən çoxdur”, - o deyib.
Xatırladaq ki, oktyabrın 7-də yerli vaxtla saat 11:00 radələrində Əfqanıstanın Herat şəhərindən 40 km qərbdə 6,3 maqnitudalı zəlzələ olub. Təbiət hadisəsi qonşu Badqis və Fərəh əyalətlərində də hiss olunub. ABŞ Geoloji Xidmətinin verilənlərinə görə, ilk zəlzələdən sonra 5,9 və 5,5 maqnitudalı daha bir neçə təkan baş verib.
06.15
Əfqanıstanın qərbində 6,3 maqnitudalı iki zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsindı ölən və yaralananların sayı min nəfəri keçib.
Şənbə günü Əfqanıstanın Herat əyalətində güclü zəlzələ baş verib. Tələfat və dağıntılara səbəb olan yeraltı təkanlar Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi tərəfindən qeydə alınıb.
Zəlzələnin episentri Herat şəhərindən 40 km şimal-qərbdə yerləşib və ondan sonra bir neçə yeraltı təkanlar baş verib.
Son məlumatlara görə, təbii fəlakət azı 120 nəfərin həyatına son qoyub, minə yaxın yerli sakin isə xəsarət alıb. Qurbanlar arasında çoxlu sayda qadın, qoca və uşaqlar da var.
Xəbər lenti
0