https://sputnik.az/20231008/aya-ucacaq-rusiyali-cerrah-immunoloq-bakiya-gelib---foto-459388855.html
Aya uçacaq rusiyalı cərrah-immunoloq Bakıda olub - FOTO
Aya uçacaq rusiyalı cərrah-immunoloq Bakıda olub - FOTO
Sputnik Azərbaycan
Qarşıdakı bir il ərzində Kseniya Orlova və komandanın digər üzvləri izolyasiya olunmuş vəziyyətdə yaşayacaqlar. 08.10.2023, Sputnik Azərbaycan
2023-10-08T17:05+0400
2023-10-08T17:05+0400
2023-10-08T17:57+0400
ay
elm
rusiyalı
cərrah
bakı
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/04/459283472_0:163:960:703_1920x0_80_0_0_9071116486d19781a474405a14a8e5bf.jpg
BAKI, 8 oktyabr — Sputnik. Belə bir beynəlxalq proqram çərçivəsində Azərbaycanda olmaqdan qürur duyuram. Bunu Rusiyanın ASGARDİA (The First Space Nation - İlk Kainat Xalqı) şirkətinin təmsilçisi, cərrah-immunoloq Kseniya Orlova bu günlərdə Bakıda təşkil olunan 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Sputnik Azərbaycan-a açıqlamasında deyib. O, mərkəzi Moskvada yerləşən İMBP (Rusiyanın Biotibbi Problemlər İnstitutu) institutunda çalışır. 30 yaşlı Kseniya Orlova gələcəkdə kosmonavtlarla birgə çalışacaq və buna müvafiq olaraq artıq Sirius layihəsinə müraciət edib. Həmsöhbətimiz deyir ki, bu layihə çərçivəsində onlar bir illik izolyasiya olunmuş məkanda qalacaqlar, eyni ilə Aydakı kimi, ətraf mühitdən tamamilə uzaq. Oradan çıxış həmin müddətdə mümkünsüz olacaq: "Bu layihə çərçivəsində Beynəlxalq Kosmos Mərkəzi (İnternational Space Center) kimi xüsusi bir yaşayış yeri yaratmışıq. Gələcəkdə kosmonavtlarla işləmək üçün bizim yetişməkdə olan xüsusi komandamız var. Komandamız 6 nəfərdən ibarətdir ki, onlardan da dördü qadındır". Onun bu komandada əsas vəzifəsi cərrah-immunoloq olaraq gələcək kosmonavtlarla işləməyi öyrənməkdir: "Qarşıdakı bir il ərzində mən və komandanın digər üzvləri izolyasiya olunmuş vəziyyətdə yaşayacağıq. Hər şeydən, ətrafdan, doğmalardan uzaq olacağıq. Telefon belə istifadə etməyəcəyik və heç bir rabitəmiz olmayacaq. İzolyasiya olunmuş məkanda biz elə özümüzü artıq Aydakı kimi hiss edəcəyik. Biz buna hazırlaşırıq, çünki Aya uçmaq istəyirik". Orlova qeyd edib ki, müəyyən elmi fəaliyyətlərin aparılması üçün öncə belə bir praktikalardan keçmək vacibdir. "Bir illik sınaq proqramı uğurla başa çatdıqdan sonra biz real olaraq kosmonavtlarla işləyəcəyik" - deyə o, əlavə edib. İMBP-də çalışdığı müddətdə Sirius haqqında eşidən həmsöhbətimiz bildirir ki, adı belə bir layihədə hallanacağı üçün çox həyəcanlıdır. Qeyd edək ki, Sirius proqramının daha əvvəlki iştirakçıları arasında Amerikada yaşayan azərbaycanlı Allen Tərlan oğlu Mirqədirov da olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/04/459283472_0:280:960:1000_1920x0_80_0_0_3fd9eec45c1fb741b50feb61f83b4552.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ay, rusiyalı, cərrah, bakı
ay, rusiyalı, cərrah, bakı
Aya uçacaq rusiyalı cərrah-immunoloq Bakıda olub - FOTO
17:05 08.10.2023 (Yenilənib: 17:57 08.10.2023) Qarşıdakı bir il ərzində Kseniya Orlova və komandanın digər üzvləri izolyasiya olunmuş vəziyyətdə yaşayacaqlar.
BAKI, 8 oktyabr — Sputnik. Belə bir beynəlxalq proqram çərçivəsində Azərbaycanda olmaqdan qürur duyuram.
Bunu Rusiyanın ASGARDİA (The First Space Nation - İlk Kainat Xalqı) şirkətinin təmsilçisi, cərrah-immunoloq Kseniya Orlova bu günlərdə Bakıda təşkil olunan 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Sputnik Azərbaycan-a açıqlamasında deyib.
O, mərkəzi Moskvada yerləşən İMBP (Rusiyanın Biotibbi Problemlər İnstitutu) institutunda çalışır. 30 yaşlı Kseniya Orlova gələcəkdə kosmonavtlarla birgə çalışacaq və buna müvafiq olaraq artıq Sirius layihəsinə müraciət edib.
Həmsöhbətimiz deyir ki, bu layihə çərçivəsində onlar bir illik izolyasiya olunmuş məkanda qalacaqlar, eyni ilə Aydakı kimi, ətraf mühitdən tamamilə uzaq. Oradan çıxış həmin müddətdə mümkünsüz olacaq: "Bu layihə çərçivəsində Beynəlxalq Kosmos Mərkəzi (İnternational Space Center) kimi xüsusi bir yaşayış yeri yaratmışıq. Gələcəkdə kosmonavtlarla işləmək üçün bizim yetişməkdə olan xüsusi komandamız var. Komandamız 6 nəfərdən ibarətdir ki, onlardan da dördü qadındır".
Onun bu komandada əsas vəzifəsi cərrah-immunoloq olaraq gələcək kosmonavtlarla işləməyi öyrənməkdir:
"Qarşıdakı bir il ərzində mən və komandanın digər üzvləri izolyasiya olunmuş vəziyyətdə yaşayacağıq. Hər şeydən, ətrafdan, doğmalardan uzaq olacağıq. Telefon belə istifadə etməyəcəyik və heç bir rabitəmiz olmayacaq. İzolyasiya olunmuş məkanda biz elə özümüzü artıq Aydakı kimi hiss edəcəyik. Biz buna hazırlaşırıq, çünki Aya uçmaq istəyirik".
Orlova qeyd edib ki, müəyyən elmi fəaliyyətlərin aparılması üçün öncə belə bir praktikalardan keçmək vacibdir.
"Bir illik sınaq proqramı uğurla başa çatdıqdan sonra biz real olaraq kosmonavtlarla işləyəcəyik" - deyə o, əlavə edib.
İMBP-də çalışdığı müddətdə Sirius haqqında eşidən həmsöhbətimiz bildirir ki, adı belə bir layihədə hallanacağı üçün çox həyəcanlıdır.
Qeyd edək ki, Sirius proqramının daha əvvəlki iştirakçıları arasında Amerikada yaşayan azərbaycanlı Allen Tərlan oğlu Mirqədirov da olub.