https://sputnik.az/20231008/95-qiz-sagirdin-iflic-oldugu-liseyde-sagirdlere-koronavirus-peyvendi-vuruldugu-uze-cixdi-459385700.html
95 qız şagirdin iflic olduğu liseydə şagirdlərə koronavirus peyvəndi vurulduğu üzə çıxdı
95 qız şagirdin iflic olduğu liseydə şagirdlərə koronavirus peyvəndi vurulduğu üzə çıxdı
Sputnik Azərbaycan
Ümumdünya Səhiyyə Təşkilatının məktəbdə 10 günlük koronavirus peyvəndi araşdırması apardığı iddiası böyük səs-küyə səbəb olub. 08.10.2023, Sputnik Azərbaycan
2023-10-08T13:26+0400
2023-10-08T13:26+0400
2023-10-08T13:26+0400
koronavirus
səhiyyə
keniya
ümumdünya səhiyyə təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437510281_0:0:3000:1688_1920x0_80_0_0_e1fe2ab815ca03eb9bde7267bf840acf.jpg
BAKI, 8 oktyabr - Sputnik. Keniyanın qərbində yerləşən Müqəddəs Tereza Eregi Qız Liseyində 95 şagirdin ayağı müəyyən edilməmiş xəstəlik səbəbindən iflic olub. Sputnik Azərbaycan-ın türk mətbuatına istinadən məlumatına görə, şagirdlər xəstəxanaya yerləşdirildikdən sonra məktəb qeyri-müəyyən müddətə bağlanıb. Yerli əhali Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qapalı məktəbdə 10 günlük koronavirus peyvəndi araşdırması apardığını iddia edib. Ümumdünya Səhiyyə Təşkilatının məktəbdə 10 günlük koronavirus peyvəndi araşdırması apardığı iddiası böyük səs-küyə səbəb olub. Bölgə təhsil işçisi Bonface Okoth mətbuata açıqlamasında 95 şagirdin ayağının iflic olduğunu təsdiqləyib. O, bildirib ki, şagirdlər tibbi müdaxilə üçün xəstəxanaya yerləşdiriliblər. Hadisədən sonra məktəb rəhbərləri ilə Təhsil Nazirliyi rəsmiləri arasında görüş keçirilib. Bu görüşdən sonra məktəb qeyri-müəyyən müddətə bağlanıb. Məktəb rəsmiləri xəstəliyin nədən qaynaqlandığı araşdırıldıqdan və lazımi tədbirlər görüldükdən sonra şagirdlərin dərsə davam edə biləcəklərini açıqlayıb. Xəstəxana rəsmiləri isə xəstəliyin müəyyən edilməsi üçün şagirdlərdən qan nümunələri götürüldüyünü, qan nümunələrinin müayinə üçün Keniya paytaxtına göndərildiyini bildiriblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437510281_261:0:2928:2000_1920x0_80_0_0_0da866ed906ee9e051f86c3cef9465c0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
koronavirus, keniya, ümumdünya səhiyyə təşkilatı
koronavirus, keniya, ümumdünya səhiyyə təşkilatı
95 qız şagirdin iflic olduğu liseydə şagirdlərə koronavirus peyvəndi vurulduğu üzə çıxdı
Ümumdünya Səhiyyə Təşkilatının məktəbdə 10 günlük koronavirus peyvəndi araşdırması apardığı iddiası böyük səs-küyə səbəb olub.
BAKI, 8 oktyabr - Sputnik. Keniyanın qərbində yerləşən Müqəddəs Tereza Eregi Qız Liseyində 95 şagirdin ayağı müəyyən edilməmiş xəstəlik səbəbindən iflic olub. Sputnik Azərbaycan-ın türk mətbuatına istinadən məlumatına görə, şagirdlər xəstəxanaya yerləşdirildikdən sonra məktəb qeyri-müəyyən müddətə bağlanıb.
Yerli əhali Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qapalı məktəbdə 10 günlük koronavirus peyvəndi araşdırması apardığını iddia edib.
Ümumdünya Səhiyyə Təşkilatının məktəbdə 10 günlük koronavirus peyvəndi araşdırması apardığı iddiası böyük səs-küyə səbəb olub.
Bölgə təhsil işçisi Bonface Okoth mətbuata açıqlamasında 95 şagirdin ayağının iflic olduğunu təsdiqləyib. O, bildirib ki, şagirdlər tibbi müdaxilə üçün xəstəxanaya yerləşdiriliblər. Hadisədən sonra məktəb rəhbərləri ilə Təhsil Nazirliyi rəsmiləri arasında görüş keçirilib. Bu görüşdən sonra məktəb qeyri-müəyyən müddətə bağlanıb.
Məktəb rəsmiləri xəstəliyin nədən qaynaqlandığı araşdırıldıqdan və lazımi tədbirlər görüldükdən sonra şagirdlərin dərsə davam edə biləcəklərini açıqlayıb. Xəstəxana rəsmiləri isə xəstəliyin müəyyən edilməsi üçün şagirdlərdən qan nümunələri götürüldüyünü, qan nümunələrinin müayinə üçün Keniya paytaxtına göndərildiyini bildiriblər.