DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şarl Mişel və fon der Lyayen Aİ-də hakimiyyət uğrunda mübarizəyə başlayıblar

© AFP 2024 / JUNG YEON-JEŞarl Mişel və von der Lyayen
Şarl Mişel və von der Lyayen - Sputnik Azərbaycan, 1920, 07.10.2023
Abunə olmaq
Mişelin "Ukraynanın Aİ-yə tezliklə qəbul olunacağı ilə bağlı" sözləri AK-nin xüsusilə xoşuna gəlməyib.
BAKI, 7 oktyabr — Sputnik. Avropa Şurasının rəhbəri Şarl Mişel və Avropa İttifaqının Prezidenti Ursula fon der Lyayen Ukrayna ilə bağlı fərqli mövqeləri ilə bağlı öz aralarında qiyabi dava ediblər.
Bu barədə "Spiegel"in materialında deyilir.
Jurnalistlər qeyd ediblər ki, dava-dalaşı Avropa İttifaqında hakimiyyət uğrunda mübarizənin başlanğıcı adlandırmaq olar. Mişelin həmkarının xarici siyasət təşəbbüslərini tənqid etməsi davanın ilkin səbəblərindən olub. Ursula fon der Lyayen cavab olaraq Avropa Şurası rəhbərinin bəyanatlarını pisləyib.
Belə ki, Mişelin "Ukraynanın Aİ-yə tezliklə qəbul olunacağı ilə bağlı" sözləri AK-nin xüsusilə xoşuna gəlməyib. Fon der Lyayenin sözlərinə görə, siyasətçi Kiyevə 2030-cu ilə qədər təşkilatın bir hissəsi olmaq perspektivini təklif etməklə rəsmi səlahiyyətlərini aşır.
"Keçmişdə artıq fon der Lyayen və Mişel arasında hakimiyyət uğrunda kifayət qədər qəribə mübarizə gedib" - deyə jurnalistlər xatırladıblar.
Hazırda onların arasındakı münaqişə daha aydın görünür. Bu, xüsusilə xarici siyasət məsələlərinə aiddir.
Bundan əvvəl Mişelin Kiyevin Aİ-yə daxil olma tarixi barədə "ağlına gələn təsadüfi bir tarix" söylədiyi bildirilib. Bu da, bir sıra xarici media jurnalistlərinin fikrincə, onun qeyri-peşəkarlığını nümayiş etdirir.
Xəbər lenti
0