https://sputnik.az/20231007/sabahdan-hava-seraiti-deyisir---xeberdarliq-459369613.html
Sabahdan hava şəraiti dəyişir - XƏBƏRDARLIQ
Sabahdan hava şəraiti dəyişir - XƏBƏRDARLIQ
Sputnik Azərbaycan
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək. 07.10.2023, Sputnik Azərbaycan
2023-10-07T15:48+0400
2023-10-07T15:48+0400
2023-10-07T18:00+0400
hava
hava proqnozu
xəbərdarlıq
hadisə
leysan
külək
https://cdnn1.img.sputnik.az/img/07e5/01/06/425893354_0:0:3071:1728_1920x0_80_0_0_3ec0a2ee2d151509ab248970f1779310.jpg
BAKI, 7 oktyabr - Sputnik. Sabahdan hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi və leysan xarakterli yağış yağacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 8-i gündüzdən 9-u gündüzədək cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 9-u gündüzdən 10-u səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.Oktyabrın 9-u axşamdan 10-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enərək 10-da gündüz saatlarında 13-16° isti olacağı gözlənilir.Rayonlara gəlincə, sabah gündüz saatlarından oktyabrın 9-u gündüzədək cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 9-u gündüzdən 10-u səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Oktyabrın 9-u axşam şimal və qərb rayonlarından başlayaraq 10-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.Bəzi yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran Dağlıq-Şirvan, Naxçıvan MR-da, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/06/425893354_231:0:2962:2048_1920x0_80_0_0_9efbb16572feefd6d5c8eb9ad1584361.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hava, hava proqnozu, xəbərdarlıq, leysan, külək
hava, hava proqnozu, xəbərdarlıq, leysan, külək
Sabahdan hava şəraiti dəyişir - XƏBƏRDARLIQ
15:48 07.10.2023 (Yenilənib: 18:00 07.10.2023) Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.
BAKI, 7 oktyabr - Sputnik. Sabahdan hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi və leysan xarakterli yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 8-i gündüzdən 9-u gündüzədək cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 9-u gündüzdən 10-u səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.
Oktyabrın 9-u axşamdan 10-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enərək 10-da gündüz saatlarında 13-16° isti olacağı gözlənilir.
Rayonlara gəlincə, sabah gündüz saatlarından oktyabrın 9-u gündüzədək cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 9-u gündüzdən 10-u səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Oktyabrın 9-u axşam şimal və qərb rayonlarından başlayaraq 10-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran Dağlıq-Şirvan, Naxçıvan MR-da, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.