Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qırğızıstan və Tacikistanın sərhəd problemləri "44 saylı Protokol"un həllinə kömək edəcək

© AFP 2023 / VYACHESLAV OSELEDKOQırğızıstan
Qırğızıstan  - Sputnik Azərbaycan, 1920, 07.10.2023
Abunə olmaq
Bişkek və Düşənbə arasında sərhəd mübahisələrinin həlli ilə bağlı əldə olunan razılaşmalar Qərbi narahat edir.
Qırğızıstan və Tacikistan respublikaları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləridir və ayrı-ayrı sərhəd hadisələrinə və Qərbin Mərkəzi Asiyada hərbi münaqişəni alovlandırmaq israrına baxmayaraq, mehriban qonşuluq etməyə məhkumdurlar.
Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət komitəsinin (MTDK) sədri Saymumin Yatimov və Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini, MTDK-nin rəhbəri Kamçıbek Taşiyev oktyabrın 2-də Batkendə sərhədin delimitasiyası üzrə iki ölkənin hökumət nümayəndə heyətlərinin iclasını keçiriblər. Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçirilib. Tərəflər "qalan hissələrdə Tacikistan-Qırğızıstan dövlət sərhədinin layihə xəttinin keçməsinin sonrakı təsviri" üçün sərhədyanı ərazilərdə daha fəal əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Tacikistanın MTDK-nin rəhbəri Saymumin Yatimov qeyd edib ki, imzalanmış protokol iki qonşu respublikanın prezidentlərinin iradəsinin həyata keçirilməsidir və Tacikistan ilə Qırğızıstan arasındakı sərhəddəki bütün problemlərin həllinə kömək edəcəkdir. Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyasının çətinlikləri aradan qaldırılır. Danışıqlar oktyabrın 8-də davam etdiriləcək.
Eyni zamanda, Qırğızıstan MTDK-si Oş vilayətinin Çon-Alay rayonunda bəzi torpaqların Tacikistana verilməsi barədə məlumatları təkzib edib və vurğulayıb: "Maraqlı qüvvələr dövlət orqanlarının işini gözdən salmaq üçün məqsədyönlü işlər aparırlar". Komitə təxribat xarakterli məlumatlara inanmamağa çağırıb. Cəmiyyətin dezinformasiyası və dövlətin sabitliyinin pozulması kimə sərf edir?

Bişkek və Düşənbə arasında sərhəd mübahisələrinin həlli ilə bağlı əldə olunan razılaşmalar Qərbi narahat edir. ABŞ və onun peykləri regionu sarsıtmaq və yandırmaq, sonra isə Rusiya və Çinin yanında yeni hərbi bazalar yaratmaqla yalançı arbitrlər və sülhməramlılar kimi çıxış etmək istəyirlər. Pentaqon və NATO-nun Əfqanıstandakı 20 illik missiyasının son utanc verici uğursuzluğu "hegemonlara" tezliklə Mərkəzi Asiyaya qayıtması üçün heç bir şans verməyib, lakin geosiyasi inersiya qalıb.

ABŞ-ın nüfuzlu olan "The Diplomat" nəşri Batkəndə imzalanmış "44 saylı Protokol"u müəmmalı və qeyri-müəyyən hesab edir. Sənədin məzmunu məlum deyil, lakin nəşr Özbəkistanla sərhəd haqqında digər razılaşmanın "Bişkekdə ciddi siyasi repressiyalara səbəb olduğunu" xatırlatmağı vacib sayır. Həbs edilən 27 "fəal"a dövlətlərarası razılaşmaya görə iğtişaşların planlaşdırmaqda və təşkil etməkdə ittiham olunması irəli sürülüb, onun hazırlanmasına 30 ildən çox vaxt sərf olunub. Bu cür (süni) etirazlar Qərb xüsusi xidmət orqanlarının və qeyri-kommersiya təşkilatlarının (QKT) tanınan imzasıdır. "Fəalların" vəzifəsi hər hansı bəhanə ilə dezinformasiya yaymaq və sabitliyi pozmaqdır.
Xatırladım ki, Kapitolidə kortəbii etiraza görə 2021-ci il yanvarın 6-da ABŞ-da 700-dən çox insan həbs olunub, lakin bu repressiya deyil, bu başqa bir şeydir.
Son qərar
KTMT üzrə iki müttəfiq ölkəsi arasında mehriban qonşuluq perspektivinin alternativi yoxdur. Oktyabrın 3-də Qırğızıstan və Tacikistan MTDK-nin rəhbərləri "dövlət sərhədlərinin müəyyən edilməsi ilə bağlı yekun qərar"ın tezliklə qəbul ediləcəyini elan ediblər. Lakin Qırğızıstan-Tacikistan sərhədinin uzunluğu 970 km-dən çoxdur, bunun da 20 il ərzində, 2022-ci ilin payızına qədər 625 km-i delimitasiya olunub (təsvir olunub). Eyni zamanda, vaxtaşırı sərhəd münaqişələrinin yarandığı 70-ə yaxın mübahisəli ərazi var. Delimitasiya prosesini sürətləndirmək mümkündürmü?
Sərhəd problemlərinin həlli ekspromt deyil, çox əziyyətli işin nəticəsidir. Rusiya Prezidenti Vladimir Putin qırğız və tacik həmkarları Sadır Japarov və Emomali Rahmon ilə sərhəddəki vəziyyəti telefonla dəfələrlə müzakirə edib və onları vəziyyətə yalnız sülh yolu ilə təsir etməyə çağırıb.
Ötən ilin payızında Astanada Rusiya, Qırğızıstan və Tacikistan prezidentlərinin sərhəddəki münaqişələrinin həllinə həsr olunmuş konstruktiv üçtərəfli görüş keçirilib. Bu yaxınlarda Qırğızıstan və Tacikistanın nümayəndələri vəziyyətin həlli üçün protokol imzalayıb, sərhəddəki münaqişələrə son qoymaq, delimitasiya və demarkasiya proseslərini sürətləndirmək, həmçinin ən çox atışmaların olduğu ərazilərdə dörd sərhəd məntəqəsinin ləğv edilməsi barədə razılığa gəliblər.
Bişkek və Düşənbə 2023-cü ilin yanvarında gərginliyin azaldılması istiqamətində mühüm addım atıblar - prezidentlər Sadır Japarov və Emomali Rahmon sərhədin delimitasiyası və demarkasiyası üzrə danışıqları aktivləşdirməyə, problemləri isə siyasi və diplomatik yolla həll etməyə razılaşıblar.
2023-cü ilin iyununda şəhərdə aparılan danışıqlarda tərəflər SSRİ-nin dağıldığı dövrdə mövcud olan xəritələr əsasında sərhəd mübahisələrinin həllini müzakirə ediblər. Danışıqların dinamikası onu deməyə əsas verir ki, əgər müəyyən mərhələdə Qərbin xüsusi xidmət orqanları və fondları tərəqqi buksasına qum atmasalar, sərhədlərin delimitasiyasının sürətləndirilməsi mümkündür.
Yerli əhalinin vətənpərvərliyi və emosiyaları xarici təsir mərkəzləri tərəfindən məharətlə idarə olunur. Təsadüfi deyil ki, Moskva sentyabr ayında Bişkek və Düşənbəni "Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqlar prosesində son vaxtlar əldə edilmiş müsbət nəticələri ləğv edə biləcək kəskin bəyanatlar və düşünülməmiş addımlar atmamağa" çağırıb.
Mərkəzi Asiyada sərhədyanı silahlı münaqişələr Qərb üçün faydalıdır, çünki KTMT-nin birliyinə zərər verir. Xalqların maraqları nəzərə alınmır.
Xəbər lenti
0